Bank əməkdaşı müştərilərin depoziti ilə "TikTok"da hədiyyə alırmış – 158 min manatlıq mənimsəmə

Bank əməkdaşı müştərilərin depoziti ilə Banklardan birinin Sabirabad filialının əməkdaşı Rail Hüseynovun məhkəmə prosesi başa çatıb.
O, sözügedən bankda korperativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, 2022-ci ilin əvvəllərindən "TikTok"da "azrail.313" adlı səhifə açıb. Bu zaman Rail göndərilən hədiyyələrin nağdlaşdırıla biləcəyini öyrənib. Bundan başqa, ona pul qoyulmaqla alınan virtual hədiyyənin dəyəri olan pulu 2 ay ərzində geri qaytara biləcəyi də məlum olub.
Belə ki, hədiyyə alınandan 2 ay ərzində qeyd edilən sosial şəbəkəyə müraciət edib həmin hədiyyənin səhvən alındığı bildirilib pulun geri qaytarılması xahiş edilir, bundan sonra həmin hədiyyənin dəyəri tam şəkildə istifadəçiyə qaytarılır. Belə olan halda, istifadəçi həm hədiyyəyə xərclədiyi, həm də ayrı-ayrı istifadəçilərdən aldığı hədiyyəninin pulunu alır.
O, bu formada daha çox qazanc əldə edəcəyini düşünüb, hətta qeyd etdiyi prosesi bir neçə dəfə az məbləğlərlə yoxlayıb və uğurlu olub. Bundan sonra o, daha böyük məbləğlərlə bu işi görmək qərarına gəlib.
Müştəriləri seçərkən o, depozit hesabını yeni açmış və bitmə müddətinə müəyyən qədər qalmış müştəriləri seçib.
Bu məqsədlə, o, bankda əməliyyatlar zamanı istifadə edilən və bütün müştərilərin məlumatları qeyd edilmiş "Sfera proqram"ında qeyd edilən 8 şəxsin depozit müqavilələrini xitam verib. Əslində isə qaydalara əsasən, belə xitam üçün vətəndaşın müvafiq müraciəti olduqdan sonra, onun müqaviləsinə "Sfera proqram" təminatında xitam verilir. Həmçinin xitamdan sonra avtomatik xitam ərizəsi çap edilir və həmin vətəndaşa imzalatdırılaraq iş qovluğuna qoyulur.
O, həmin şəxslərin müqavilələrini xitam edəndən sonra ərizələrini özündə saxlayıb ki, onlar banka müraciət edəndə onlara imzalatdırsın.
Rail 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb "TikTok" sosial şəbəkəsində hədiyyələr alıb. Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər. 
Sonradan o, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub.
O, belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Bundan sonra, o, götürdüyü pul vəsaitini də geri qoya bilməyib.
Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən o, işdən çıxarılıb.
Etdiyi bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda – 158.969,0 manat ziyan dəyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib. / banker.az

Banklar     Tarix: 22 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri