Bank müştərisinin hesabına səhvən 81 trln. dollar köçürüb
ABŞ-nin "Citibank"ı ("Citigroup" maliyyə konqlomeratına daxildir) müştərisinin hesabına 280 dollar əvəzinə səhvən 81 trilyon dollar köçürüb.
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Köçürmə prosesini zəncirvari şəkildə işləyən iki işçi səhvi görməyib. Tranzaksiya qeydiyyata alındıqdan bir gün sonra təsdiqlənib, yalnız üçüncü mütəxəssis bank hesablarındakı balansda problemi aşkar edib və pul göndərildikdən 90 dəqiqə sonra köçürməni ləğv edib, vəsait bir neçə saatdan sonra geri qaytarılıb.
ABŞ Federal Ehtiyat Sistemi və digər tənzimləyicilər insidentlə bağlı məlumatlandırılıb.
Qəzetin əldə etdiyi hesabata əsasən, ötən il "Citibank"da 1 milyard dollar və ya daha çox məbləğdə səhv tranzaksiyalarla bağlı 10 kiçik miqyaslı insident qeydə alınıb. Bu cür hallar bankın nüfuzuna mənfi təsir göstərir. 2024-cü ildə bank risklərə nəzarətin zəif olması səbəbindən ümumilikdə 136 milyon dollar cərimə olunub. / banker.az

Enerji xərclərinizi "Unibank"la azaldın
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
SWIFT nədir?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İKEA şirkətinin tarixi
5 liderlik göstəricisi