"Bank of Baku" 31 milyon manat mənfəət açıqladı

"Bank of Baku" ASC 2022-ci ilin 3-cü rübünü 30 milyon 775 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 16 milyon 788 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında "Bank of Baku"nun cəmi gəlirləri 80 milyon 65 min manat (illik müqayisədə 44% çox), cəmi xərcləri 53 milyon 730 min manat olub. Nəticədə bankın 26 milyon 335 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin eyni dövründə "Bank of Baku"nun əməliyyat mənfəəti 15 milyon 343 min manat olub (1.7 dəfə artım). Mənfəət vergisi ödəmələri isə 7 milyon 444 min manat (əvvəlki ilə nisbətən 40% çox) təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 11 milyon 885 min manat ayırıb.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il oktyabrın 1-nə "Bank of Baku"nun aktivləri 654 milyon 125 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 31.5% çoxdur. Bunun 531 milyon 930 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 28.5% böyüyüb.
Müştərilərə verilmiş kreditlərdən istehlak kreditləri 30% artaraq 358 milyon 325 min manat, biznes kreditləri 25% artaraq 150 milyon 534 min manat, daşınmaz əmlak kreditləri isə 29.2% artaraq 23 milyon 35 min manat təşkil edib.
DEPOZİT PORTFELİ ARTIB
Cari ilin 9 ayında "Bank of Baku"nun öhdəlikləri 134 milyon 656 min artaraq 537 milyon 675 min manata, cəmi kapitalı isə 21 milyon 975 min manat artaraq 116 milyon 451 min manata çatıb.
Hesabat dövründə bankın depozit portfeli 247 milyon 177 min manatdan 328 milyon 884 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 221 milyon 663 min manatdan 296 milyon 911 min manata, hüquqi şəxslərin depozitləri 25 milyon 514 min manatdan 31 milyon 973 min manata yüksəlib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi