Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək

Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək®Ölkənin seçilən iki qurumu – Bank of Baku və ADA Universiteti əməkdaşlıq memorandumuna imza atıb.
Əməkdaşlıq sazişini Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev və ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova imzalayıblar. 
11 mart tarixində imzalanan memorandum çərçivəsində ADA Universitetinin ixtisasartırma proqramı Bank of Baku əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığa əsasən, Bank of Baku tərəfindən ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də universitet məzunları üçün iş fürsətləri yaradılacaq. Qeyd edək ki, sözügedən mini MBA proqramı son illərdə bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil olunub.
Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, Bank of Baku hər zaman sektor üçün peşəkar və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib.
"Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımızın uzunmüddətli ənənəsinin davamına etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə dəstək olmaq və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir." – deyə Həsən Quliyev əlavə edib.
ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib.
"Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. "Bank of Baku"nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək."
Qeyd edək ki, universitet tərəfindən xüsusi olaraq hazırlanmış mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə, qərar qəbul etmək, eləcə də liderlik, ünsiyyət və problemi həll etmək bacarıqlarını gücəndirməkdir.
10 moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki fəaliyyət göstərən və daima inkişafda olan Bank of Baku-da hazırda 1000-ə yaxın əməkdaş çalışır. Bank insan kapitalını hər zaman özünün əsas dəyərlərindən biri olaraq ifadə edir və əməkdaşlarının peşəkar karyerada irəliləməsi üçün onlara fürsətlər yaratmağa çalışır.
Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək/ banker.az

Banklar     Tarix: 11 mart 2025

Oxşar xəbərlər

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb


iqtisadi xeberler biznes xeberleri bitkoin bank faizleri valyuta kurslari