Bank sektorunun əsas göstəriciləri açıqlandı

Bank sektorunun əsas göstəriciləri açıqlandıMərkəzi Bank 2023-cü ilin 11 ayı üzrə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az Mərkəzi Bankın bülleteninə istinadən xəbər verir ki, 30 noyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 474, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,042 olmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Hesabat ayında bank sektorunda çalışanların sayı 62 nəfər azalaraq 23 min 354 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 46 milyard 172.5 milyon manat, cəmi öhdəlikləri 40 milyard 160.4 milyon manat, balans kapitalı 6 milyard 12.1 milyon manat olmuşdur. Noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artmış, сəmi öhdəlikləri isə 0.2% azalmışdır. 
Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 milyon manat artaraq 22 milyard 881.2 milyon manat olmuşdur. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.3% (12 milyard 421.2 milyon manat);
ıı) istehlak kreditləri – 30% (6 milyard 869.7 milyon manat);
ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 590.3 milyon manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 milyon manat (1.4%), 118.4 milyon manat (1.8%) və 128.3 milyon manat (3.7%) artmışdır. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 milyard manat artmışdır. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir. 
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.7%-i və ya 33 milyard 225.7 milyon manat. Depozit portfelinin 63.1%-i (20 milyard 972.2 milyon manat) hüquqi şəxslərin, 36.9%-i (12 milyard 253.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 55%-i (6 milyard 736.5 milyon  manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 844.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.3%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.6 faiz bəndi azalaraq 34.2% təşkil etmişdir.
2023-cü ilin 11 ayında banklar 997.4 milyon manat xalis mənfəət, 1 milyard 521.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 miylon manat daha çoxdur.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 465.2 milyon manat artaraq 2 milyard 227.1 miylon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Həmçinin oxu
"Premium Bank" 30 ildir fəaliyyət göstərir - Müşahidə Şurasının sədrilə MÜSAHİBƏ
Bank sektorunun əsas göstəriciləri açıqlandı

Banklar     Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne