"Bank VTB Azərbaycan"ın rəhbərlərindən biri bankdan ayrılır
Rusiya "VTB" bankının Azərbaycandakı törəməsinin rəhbərlərindən biri vəzifəsindən ayrılır.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, 2021-ci ilin aprelindən Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü kimi çalışan Evgeny Borodin Valeryeviç bu vəzifəsində ayrılacaq.
Onun yerinə hər hansı təyinatla bağlı məlumat verilmir.
Yeni dəyişikliyə əsasən, İdarə Heyətinin strukturundakı üzvlər Vadim Klimenko Aleksandroviç, Tural Hüseynov Camaləddin oğlu və İvan Poliakov Nikolayeviç olacaq.
Hazırda İdarə heyətinin sədri isə İqor Okayev Anatolyeviçdir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, bankların idarə heyəti üzvləri ən çoxu üç il müddətinə seçilir. Bu müddət başa çatdıqda, üzvlərin səlahiyyət müddətinin uzadılması və ya yenidən seçilməsi məsələsi gündəmə gələ bilər.
Evgeny Borodin Valeryeviç 2021-ci ilin aprelində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü təyin edildiyindən, onun üç illik səlahiyyət müddəti 2024-cü ilin aprelində başa çatıb.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları