Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depozit təklifləri – SİYAHI (may)
Azərbaycanda hazırda bir neçə bank 12 aylıq müddətli əmanətlər üzrə maksimal – 12% illik faiz təklif edir. Bu banklar arasında AFB Bank, Bank BTB, Bank of Baku, VTB, Expressbank, TuranBank və Yelo Bank yer alır.
Banker.az-ın monitorinqinə əsasən, 6-9 aylıqda isə ən sərfəli "Bank BTB" ASC-dədir və bank illik 12 ilə təklif edir.
18 aylıqda isə 12% illik gəlirlə ən yüksək AFB Bank, Yelo Bank, Bank BTB, TuranBank, Expressbank və Bank VTB-dədir.
Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur. Bu üç il müddətinə qədər əhatə edəcək.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.
Eləcə də bu tarixdən etibarən, milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 illik vergidən azad edilib.
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Kriptovalyuta nədir və necə alınır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi