Bankların əhalidən aldığı nağd dollar onlara satılanı üstələməyə başladı

Bankların əhalidən aldığı nağd dollar onlara satılanı üstələməyə başladıAzərbaycanda 2023-cü ilin noyabrından bu tərəfə ilk dəfə bankların əhalidən nağd şəkildə aldığı dollar satışı üstələyib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin may ayında banklar əhalidən nağd 156.2 mln. dollarlıq valyuta qəbul ediblər. Bu da öncəki aprel ayını 21 faiz üstələməsi deməkdir.
Bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi aylıq müqayisədə 8 faiz azalaraq 154.1 dollara düşüb. Beləliklə, əhali tərəfdən bankla 2.1 mln. manatlıq dollar axını olub. Bu da 2023-cü ilin noyabr ayından bu tərəfə ilkdir. Mayda banklar tərəfdən alışların satışlardan daha yüksək olması orta konvertasiya məzənnəsini 1.6994 USD/AZN-dən 1.6990 USD/AZN-ə endirib.
Bankların əhalidən aldığı dollar onlara satılanı 2023-cü ilin aprelindən başlamış, noyabrına qədər üstələmişdi. Artıq bu bir neçə ildir ki, ilin ikinci rübündən başlayaraq üçüncü rübünə kimi davam edir. Əhali daha çox nağd valyutasını banklarda manata çevirməkdə maraqlı olur.
Bankların əhalidən aldığı nağd dollar onlara satılanı üstələməyə başladı2024-cü ilin ilk beş ayında banklar əhalidən 636.9 dollar alarkən, 1 mlrd. 252.3 mln. dollar satıblar. Əhaliyə satılan nağd dolların artımı ən çox cari ilin fevralında olub – 499.6 mln. dollar.
ARDNF-nin də iştirak etdiyi Mərkəzi Bankdakı valyuta hərraclarında cari ilin ilk yarısında 2 mlrd. 409.4 mln. dollar satılıb. Bu keçən ilin müvafiq dövründən 838.1   mln. dollar və ya 53.3% çoxdur.
Bankların əhalidən aldığı nağd dollar onlara satılanı üstələməyə başladıMƏRKƏZİ BANKIN SON AÇIQLAMALARI
Manatın məzənnəsində mühüm faktor olan tədiyə balansı və onun əsas komponenti cari əməliyyatlar balansıdır. 2024-cü ilin ilk rübündə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 116 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.8 dəfə azdır. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 28.2 % azalaraq 3.6 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 12.8 % artaraq 1.9 milyard ABŞ dollarına çatıb.
Bununla belə, Mərkəzi Bankın faiz qərarına dair son (21 iyun) press-relizində 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dollarına çatması vurğulansa da, press-relizdə tədiyə balansının formalaşdıran göstəcilərlə bağlı rəy yer almayıb. AMB-nn 1 may iclasında proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı bildirilmişdi.

Banklar     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq