Bankların fevral hərraclarındakı tələbi $871 milyona çatıb
Azərbaycan Mərkəzi Bankında fevral ayında planlaşdırılmış 9 valyuta hərracının hər biri baş tutdu və Banker.az-ın hesablamalarına əsasən, ümumillikdə, hərraclarda banklara 870.6 milyon ABŞ dolları satılıb.
Bu da nağd ABŞ dolları üçün 2021-ci ilin dekabrından bu tərəfə qeydə alınmış ən yuxarı tələbli aydır. Həmin ayda 989.2 mln. dollar banklara valyuta satılmışdı. Biz bunu aşağıdakı qrafikdə aylar üzrə təsvir etmişik.
Adətən valyuta hərraclarında Dövlət Neft Fondu əsas dollar təminatçısı kimi çıxış edir, lakin son aylarda məlum oldu ki, Mərkəzi Bank da intervensiyada geri qalmır. AMB-nin sədri də faiz dərəcəsinə dair son iclasda bunu təsdiqləmişdi.
Fevral ayının ən aktiv valyuta hərracı 4-cü valyuta hərracı oldu və banklar bir hərracda 151.1 mln. dollar valyuta almaqla bazarda "isinmə" görüntüsünü yaratdı. Bununla belə, Azərbaycan Mərkəzi Bankının Banker.az-a verdiyi açıqlamada bunun "mövsümi" xarakter daşıdığı açıqlandı. Tənzimləyici bütün investorların gözünü Azərbaycanın cari əməliyyatlar balansına yönəltməyi bir növ tövsiyə etdi ki, bu rəqəm də profisitlidir. Əslində ölkənin ixracının əsas komponenti olan neft-qaz qiymətləri yuxarıdır. Yuxarı dediyimiz hər bir barel Brent neftinin 80 dollardan baha olmasını nəzərdə tuturuq. Halbuki, bu Azərbaycan hökümətinin hədəflədiyi 60 dollar/barel səviyyəsindən 20 dollar yuxarıdır.
Cari əməliyyatlar balansının mühüm hissəsi xarici ticarət balansı profisitli olduğu məlum oldu. Dövlət Gömrük Komitəsinin ilkin gömrük rəqəmlərinə əsasən respublika ixrac-idxal fərqindən 701.86 mln. dollar faydalanıb. Ötən ilin eyni dövründə xarici ticarət balansında 464.15 mln. dollar profisit yaranmışdı.


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?