Bankların kredit portfelində elektrik və hibrid avtomobillərin payı 60%-ə yaxınlaşıb

Bankların kredit portfelində elektrik və hibrid avtomobillərin payı 60%-ə yaxınlaşıb"Maliyyə sektoruda dayanıqlıqdan danışanda isə onu ESG bankçılıqdan kənar təsəvvür etmək mümkün deyil. Bildiyimiz kimi, bu il ölkəmiz COP29 tədbirinə ev sahibliyi etdi. Bu tədbir çox yüksək səviyyədə həyata keçirilən təşkilatçılıq və önəmli mesajlarla ilə yadda qaldı". 
Marja.az xəbər verir ki, bunu, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
Bankların kredit portfelində elektrik və hibrid avtomobillərin payı 60%-ə yaxınlaşıbXəlilov, "Bu bəyanlardan biri də məhz bank sektorundan gəldi. Biz artıq Azərbaycan bank icması adından 2030-cü ilə qədər dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayırmaq niyyətimizi ictimaiyyətlə bölüşdük" deyərək çıxışına belə davam edib: 
"Bununla yanaşı, Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatına əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər bank sektoru tərəfindən təqribən 30 mlrd. manatlıq investisiya tələb edilməkdədir. Bu maliyyələşmə təmini üçün isə ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür. Azərbaycan Respublikasının Mərkəzi Bankı institusional çərçivənin yardılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmini üçün  vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyyələrin hazırlanması üzərində çalışır. 
Sözügedən istiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması istiqamətində işləri qeyd edə bilərik. 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilmiş və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyyələr verilmişdir. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib".
Vüsal Xəlilov əlavə edib ki, bununla yanaşı, ötən ilin fevral ayında Mərkəzi Bank tərəfindən "2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi" nəşr olunmuşdur. Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişikliyi və digər ESG amillərindən irəli gələn risklərə qarşı dayanıqlığını təmin etmək, həmçinin davamlı iqtisadiyyata keçid nəticəsində yaranan imkanları həyata keçirməkdir. 
"Cari ilin aprel ayında isə "Dayanıqlılı Maliyyə Prinsipləri" bankları biznes strategiyası, korporativ idarəetmə, hesabat və məlumatların açıqlanması və risk idarəetməsi üzrə yeni yanaşmaya keçməyə sövq etmişdir. 2024-cü ilin iyul ayında qəbul edilmiş banklarda ətraf mühit risklərinin idarə edilməsinə dair təlimatlar, xüsusilə, risk idarəetməsi üzrə təkmilləşdirmələrə fokuslanmışdır. 
Yaşıl və dayanıqlı maliyyələşmədə ən vacib rolu oynayacaq sənədlərdən biri olacaq və banklar, dövlət qurumları, sahibkarlar və digər maraqlı tərəflər üçün şərtləri daha da konkretləşdirəcək "Taksonomiya" isə artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ictimaiyyətlə bölüşülmüşdür.
Azərbaycan Banklar Assosiasiyası (ABA) olaraq, bu istiqamətdə işlərə dəstək veririk. Belə ki, ABA nəzdində bu istiqamətdə bankların fəaliyyətini koordinasiya etmək üçün "ESG və Dayanıqlı Bankçılıq" Ekspert Qrupu yaradılmışdır. Bu qrup ən yeni ekspert qruplarından biri kimi yaradıldığı qısa müddət ərzində Dayanıqlı Bankçılıq mövzusunda geniş təkliflər paketi hazırlamış, bu istiqamətdə gələn sorğuları operativ şəkildə cavablandırmış, xarici təcrübənin öyrəlinməsi üzrə araşdırmalar aparmış və müxtəlif ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmışdır.  
Ekspert Qrupu tərəfindən hazırlanan ən vacib sənədlərdən biri də Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası oldu. Strategiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd - Dayanıqlı maliyyə imkanlarının, ESG məlumatlılığının artırılması, ESG imkanlarını təkmilləşdirilməsi üzrə 10 təşəbbüsün icrasını nəzərdə tutur. 
Bu strategiyada nəzərdə tutulan təşəbbüslər, bir tərəfdən, Azərbaycan banklarının qlobal iqlim hədəflərinə uyğun fəaliyyət göstərməsini təmin edir, digər tərəfdən isə, iqtisadiyyatda ekoloji məsuliyyəti və davamlılığı təşviq edir. Nəticədə, banklar yalnız maliyyə institutları kimi deyil, həm də ölkənin dayanıqlı və aşağı karbonlu inkişafına töhfə verən mühüm oyunçulara çevrilir". 
Mərkəzi Bankın İdarə Heyətinin üzvü deyib: "ABA olaraq, bu strategiyanı 18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və maliyyə sektorunun aparıcı assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilmiş "Yaşıl maliyyə və dayanıqlılıq forumu" ictimaiyyətlə bölüşdük. Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olundu.
Vurğulamaq istəyirəm ki, indiyə qədər banklar tərəfindən rəqəmsal bankçılıq məhsullarının yaradılması, kağızsız filial əməliyyatlarının təşviqi, ekoloji-dost təkliflər, əməkdaşların şəxsi və karyera inkişafının irəlilədilməsi, korporativ sosial məsuliyyət təşəbbüsləri, ətraf mühitin qorunması və karbon ayaq izinin azaldılması kimi bir sıra mühüm addımlar atılmışdır.
Gələcək dövrdə isə strategiyamızda yer alan təşəbbüslər çərçivəsində bank sektoru mühüm addımlar atmağa hazırlaşır:
- Davamlı maliyyələşmənin təşbiqi - Enerji səmərəliliyi, bərpa olunan enerji və davamlı infrastruktur layihələrinə yatırımları asanlaşdıran yaşıl maliyyə məhsullarının inkişafı;
- Davamlılıq üçün Rəqəmsal Transformasiya - Kağız istifadəsini minimuma endirmək və bununla əlaqəli ətraf mühit təsirlərini azaltmaq məqsədilə rəqəmsal satış sistemlərinin genişləndirilməsi;
- Maarifləndirmə - Cəmiyyətin ESG və dayanıqlılıq üzrə savadlılığının artırılması, bank sektorunda biliklərin artırılması istiqmaətində təşviqat və əldə edilmiş biliklərin sektor daxilində paylaşılması;
- Gender balansı - Qadınların idarəetmədə təmsilçiliyini artırmaq üçün yeni proqramların hazırlanması;
- Risklərin idarə edilməsində ESG Risklərinin inteqrasiyası - Ətraf mühitin və sosial amillərin maliyyə sabitliyinə birbaşa təsir etdiyini qəbul edərək, ESG risklərini risklərin idarə edilməsi siyasətləri və prosedurlarına daxil etmək;
- Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq - ESG təşəbbüslərimizi təkmilləşdirməyə, bazar əhatəmizi genişləndirməyə və qlobal davamlılıq məqsədlərinə daha çox töhvə vermək üçün beynəlxalq trendin davamlı izlənməsi;
- ESG hesabatlığının təşviqi – ESG hesabatlaırnı hazırlayan və göstəricilərini açıqlayan bazar iştirakçılarının artırılması.
Göründüyü kimi "Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq" nə qədər rahat səsləndirilsə də, bunun arxasında kifayət qədər böyük çağırışlar və onların öhdəsindən gəlinməsini təmin edən iradə və əmək durmaqdadır".

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler avtomobil xeberleri emlak xeberleri dollar manat kursu bitcoin qiymeti