AFB Bank istiqrazlarına yüksək tələbat olub

AFB Bank istiqrazlarına yüksək tələbat olub®AFB Bank tərəfindən buraxılmış istiqrazlara investorlar tərəfindən böyük maraq göstərilib. Bankın 5 milyon manat həcmində istiqraz satışı uğurla başa çatıb və 80 investor tərəfindən tam həcmdə alınıb. İstiqrazlara qısa müddətdə formalaşan tələbat, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadı göstərir.
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB Bank" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15 oktyabr 2025-ci il tarixində başlayıb, 24 oktyabr 2025-ci il tarixində başa çatmışdır.
Buraxılan istiqrazların nominal dəyəri 100 manat, illik gəlir faizi 13%, tədavül müddəti isə 24 ay təşkil edir. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir həyata keçiriləcək.
İstiqraz buraxılışı bankın yeni inkişaf strategiyası çərçivəsində cəlbedilmiş vəsaitlərin diversifikasiyası və maliyyə bazarlarının inkişafına töhfə vermək məqsədini daşıyır. Bankın tarixində ilk dəfə həyata keçirilən bu addım investorların yüksək marağı ilə qarşılanıb. Gələcəkdə də bu maliyyə alətindən aktiv şəkildə istifadə olunması nəzərdə tutulur.
Xatırladaq ki, Beynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz təyin edib. Bu qiymətləndirmə bankın möhkəm kapitallaşması, kifayət qədər likvidlik səviyyəsi və davamlı mənfəətliliyi ilə əsaslandırılır.
AFB Bank bundan sonra da həm investorlar, həm də müştərilər üçün dəyər yaradan, gəlirli və etibarlı maliyyə həlləri təqdim etməyi davam etdirəcək. / banker.az

Banklar     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyn

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobil

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb. 6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfində

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə


iqtisadi xeberler iqtisadiyyat xeberleri depozit faizleri telefonla pul qazanmaq pul qazanmaq