Əcnəbilər bu ilin ilk 3 rübündə bank kartları ilə 1.14 mlrd. manat xərcləyiblər – artım
Azərbaycanda əcnəbi vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi sentyabrda 158.4 milyon manat ekvivalentində olmaqla 2023-cü ilin dekabrından bu tərəfə maksimal səviyyəyə yüksəlib.
Banker.az xəbər verir ki, əcnəbilərin kart əməliyyatlarının həcmi ilk üç rübdə 1 mlrd. 139.5 milyon manata yüksəlib.
Bu da illik müqayisədə 64.82 milyon manat və ya 6% çoxdur.
Əcnəbilərin böyük əksəriyyəti "Visa" kartları ilə əməliyyat aparıb. Məsələn, təkcə sentyabrda bu əməliyyatların 97.8 mln. manatı "Visa", 55 milyon manatı "MasterCard" və 1.5 mln. manatı isə "American Express" ilə aparılıb.
Qeyd edək ki, 2022-ci ilin ilk üç rübündə bu rəqəm 1 mlrd. 657.7 mln. manat, 2023-cü ildə bu rəqəm 1 mlrd. 606.5 mln. manat, 2024-cü ildə 1 mlrd. 74.7 mln. manat olmuşdu.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları