Bankların kredit portfelinin artım tempi 6 dəfəyə yaxın azalıb
2025-ci ilin Fevral ayında Yanvar ayı ilə müqayisədə bankların kredit portfeli 0.3% və ya 77,7 milyon manat artaraq 27 milyard 592.4 milyon manata çatıb.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülletenin Fevral buraxılışında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bankların cəmi kredit portfeli 2025-ci ilin yanvar-fevral ayları ərzində ötən ilin sonu ilə müqayisədə 114,7 milyon manat artıb. 2024-cü ilin ilk iki ayında bankların kredit portfeli 650 milyon manat artaraq 23 milyard 833 milyon manata çatmışdı. Beləliklə, bankların kredit portfelinin artım tempi 5,7 dəfə azalıb.
Məlumata görə, bank sektorunda kredit portfelinin strukturu aşağıdakı şəkildədir:
1) biznes kreditləri – 53.5% (14 milyard 777 milyon manat);
2) istehlak kreditləri – 31.0% (8 milyard 544 milyon manat)
3) ipoteka kreditləri – 15.5% (4 milyard 271.4 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.



"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları