Bankların "yaxşı" və "pis oğlanlar" kimi qruplaşdırılmaması daha məqsədəuyğundur – deputat

Bankların Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.
Banker.az xəbər verir ki, fiskal qurum vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.
Nazirlik 2 həftə öncə 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.
Bəs, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?
"Əvvəla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək"- deyə, bununla bağlı şərh verən, Milli Məcləsin deputatı Vüqar Bayramov bildirir.
Bayramov deyir ki, çünki  depozit gəlirlərində 7.04 faizədək azalma var. Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.
"İkincisi, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların  sayı ilə bağlıdır. Bu  dəfə bankların sayı "1" ədəd artaraq 4-dən 5-ə çatıb. Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan  deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər"- deyə V..Bayramov qeyd edir.
Deputat bunu da nəzərə çatdırır ki, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar "yaxşı" və "pis oğlanlar" (good and bad guys) kimi qruplaşdırılmır:  "Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.  Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir".

Vüqar Bayramov, deputat
"Üçüncüsü, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki  son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.
Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə  bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə  bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır"- deyə, deputat Bayramov əlavə edib.
"BU FİKİRLƏ RAZIYAM"
Buna cavab olaraq iqtisadçı-ekspert Elman Sadıqov "FaceBook" səhifəsində Maliyyə Nazirliyinin büdcə vəsaitlərindən daha səmərəli istifadə etməsi, büdcə defisitinin örtülməsi və borclanma arasındakı pozulmuş zaman sinxronizasiyasını aradan qaldırması istiqamətində atdığı addımlar iki qat təsirə malik olduğunu bildirib. O deyir ki, lüzumsuz faiz ödənişləri faiz qazancları ilə əvəz olunur ki, bu da səmərəliliyi artıran addımlardan biridir.
Qeyd edib ki, nazirliyin atdığı bu addımların faiz azalmalarına təsiri ilə bağlı təsbit və fikirlərinizlə tamamilə razı olduğunu bildirib.
Sadıqova görə, əslində Maliyyə Nazirliyi bu addımı ilə təkcə səmərəliliyin artırılmasını həyata keçirmir, həm də fiskal siyasətin tərkib hissələrindən biri olan inflyasiyaya təsir mexanizmlərini işə salır. Yeri gəlmişkən, bildiyimiz kimi, inflyasiya kimi məşğulluğun da təminində və ya azalmasında fiskal siyasətin də rolu var. Faktiki olaraq bu dəfə fiskal siyasət monetar siyasətlə sinxron hərəkət etmə istiqaməti götürdü. Bu hələ başlanğıcdır. Düşünürəm ki, növbəti addımlarda da bir çox digər şərtlər və məsələlər də (həm fiskal siyasətin öz addımları arasında, həm də fiskal və monetar siyasətlər arasında) bir-birlərini tamamlaya biləcək.
Bununla belə, Elman Sadıqov bir məsələdə fərqli düşündüyünü də bildirir: "Bu da Maliyyə Nazirliyinin bank seçimi məsələsidir. Maliyyə Nazirliyi burada əslində büdcə vəsaitlərinin idarəedicisi kimi çox məsuliyyətli bir müştəri rolunu oynayır və oynamalıdır. Yanaşma da bir müştəri kimi yanaşma olmalıdır. Büdcənin minimum risklə optimal gəlir əldə etməsi, faizlərə, , dolayısı ilə inflyasiyaya təsir edilməsi və sair. Buna görə də, Maliyyə Nazirliyinə bank seçimində hər hansı müdaxilə riskləri artırar, Maliyyə Nazirliyinin məsuliyyətini və ayıq-sayıqlığını azaldar. Həm də, Maliyyə Nazirliyi bank sektorunda ayrı-ayrı bankların dayanıqlığı, prudensial tələblər və ya ayrı-ayrı bankların böyüyüb böyüməməsindən daha çox büdcə vəsaitləri üzrə öz məsuliyyətini düşünməlidir. Ayrı-ayrı bankların qayğıları, inkişaf sürətləri və sair məsələlər Mərkəzi Bankın mandatına daxildir"- deyə, Elman Sadıqov bildirib.
Bankların Elman Sadıqov, iqtisadçı-ekspert
"Bir də ən əsas məsələ, bütün banklarda vəsaitlərin yerləşdirilməsi 2 əsas qayğını formalaşdıra bilər:
1) Vəsaiti cəlb edən bütün banklar həmin vəsaiti nə dərəcədə həzm edə və səmərəli yerləşdirə biləcəkləri sual doğurur;
2) Bu hal bankların komfort zonasına daxil olmasına və pərakəndə depozitlərin cəlbində aktivliyi aşağı salmasına səbəb ola bilər və bu da əhalinin, o cümlədən dövlətin maraqlarına uyğun deyil.
Bu 2 səbəbdən depozit qoyulacaq bankların sayının mərhələli şəkildə, lakin diqqətlə və konservativ yanaşmalarla artırılmasının (əlbəttə müəyyən həddə qədər, hamısını deyil) daha təqdirəlayiq olduğunu düşünürəm"- deyə, Elman Sadıqov bildirir.

Banklar     Tarix: 25 aprel 2025

Oxşar xəbərlər

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu valyuta kurslari leobank kart