Unibank "2024 Dayanıqlılıq Hesabatı"nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili

Unibank ®Unibank özünün ilk "2024 Dayanıqlılıq Hesabatını" ictimaiyyətə təqdim edib. Sənəd bankın ESİ prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini və iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir () .
Hesabatda qeyd olunur ki, 2024-cü il qlobal maliyyə sektoru üçün mürəkkəb, lakin dəyişimin sürətləndiyi dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas tendensiyalar kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı isə bu şəraitdə dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda fərqlənib. Qeyri-neft sektoru üzrə artım, yaşıl enerji zonalarının inkişafı və COP29-un Bakıda keçirilməsi ölkədə iqtisadi kursu davamlı möhkəmləndirib.
"Unibank"ın Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Hesabatda göstərilir ki, 2024-cü il Unibank üçün transformasiya ili olub. Bank Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxaraq ölkədə yaşıl maliyyə bazarına töhfəsini verib.
İl ərzində "Unibank"ın kredit portfeli 107 milyon AZN artıb, biznes kreditlərinin portfeldə payı 40%-ə çatıb. Bank regionlarda maliyyə əlçatanlığını genişləndirərək mikrokreditlərin 70%-ni region müştərilərinə, 30%-ni isə qadın sahibkarlara təqdim edib.
Rəqəmsal bankçılıq sahəsində də ciddi irəliləyişlər əldə olunub: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə alınıb. Müştəri məmnuniyyətini ölçən NPS göstəricisi 13,3% artaraq, müştəri etibarının daha da gücləndiyini göstərib.
Hesabatda həmçinin "Unibank"ın ESİ idarəetmə strukturu, Sustainable Finance Framework (SFF) mexanizmi, üç müdafiə xətti prinsipi və dayanıqlılıq üzrə komitələrin fəaliyyəti təqdim olunur. Bankın həm Müşahidə Şurası, həm də İdarə Heyəti yanında dayanıqlılıq üzrə fəaliyyət göstərən komitələri və Dayanıqlılıq meneceri ESİ prinsiplərinin gündəlik qərarvermə və əməliyyatlara inteqrasiyasına nəzarət edir.
Sosial istiqamətdə bank şəhid ailələrinə dəstəyini, uşaq evləri üçün keçirilən sosial aksiyaları və 500 ağacın əkildiyi ekoloji layihələri ilə cəmiyyətə təsirini gücləndirib. 2024-cü ildə əməkdaşların 60%-i təlimlərdə, o cümlədən 60 nəfər ESG mövzularında ixtisaslaşmış təlimlərdə iştirak edib.
Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov qeyd edib: "Sabit maliyyə göstəricilərimizlə yanaşı, sosial ədalət və ekoloji məsuliyyət prinsiplərini bank fəaliyyətimizin mərkəzinə yerləşdirmişik. Bu hesabat yalnız bu gün harada olduğumuzu deyil, həm də hara getdiyimizi göstərir. O, həm irəliləyişin göstəricisidir, həm də dayanıqlılıq sahəsində hesabatlılıq və şəffaflıq vədimizin ifadəsidir".
Qeyd edək ki, Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESİ standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir.
Unibank- Sənin Bankın! / banker.az

Banklar     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri