Azərbaycanda Sukukun tətbiqi - Araşdırma aparılıb, nəticələri müzakirə olunub
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), növbəlilik prinsipinə əsasən 2024-cü ildə qəbul etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna sədrliyini 2025-ci ildə də davam etdirir. Sədrlik çərçivəsində üzv dövlətlərlə kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə "Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri" mövzusunda hesabat hazırlanıb. Bu istiqamətdə irəli sürülən təşəbbüslərin davamı olaraq 2025-ci il üçün fəaliyyət mövzusu "Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac" kimi müəyyən edilib. Mövzu üzrə aparılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda müzakirə olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qeyd edilib ki, bu fəaliyyət AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyənləşdirilmiş kapital bazarları istiqaməti üzrə təşəbbüslərə uyğun olaraq investisiya alətlərinin çeşidinin artırılması və İslam maliyyəsi aləti olan Sukuk kimi yeni maliyyə məhsullarının təşviqinə xidmət edir. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?