"Forma 4"ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanın genişləndirilməsi və şəffaflığın artırılması istiqamətində tədbirlərini davam etdirir.
Büronun yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış ("Forma 4") məlumatlarının İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub.
Əvvəllər bu məlumatlara çıxış imkanı yalnız İSB-nin üzvü olan sığortaçılara təqdim edilir və yalnız icbari sığorta müqavilələri ilə məhdudlaşırdı.
Artıq Büronun üzvü olan sığortaçılar "Forma 4" sənədinin məlumatlarını həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, Büronun üzvü olmayan sığortaçılar isə yalnız könüllü sığorta müqavilələri üzrə əldə edə biləcəklər.
Layihənin məqsədi sığorta bazarında məlumat axınının vahid mərkəzdən idarə olunması, araşdırma proseslərinin sürətləndirilməsi və qərarların qəbulunda obyektivliyin artırılmasıdır.
Yeni mexanizm sığorta şirkətləri arasında etibarlı və operativ məlumat mübadiləsini təmin edir, araşdırma prosesini sürətləndirir və insan amilini minimuma endirir.
Eyni zamanda, məlumatların doğruluğunun və məxfiliyinin qorunması üçün müasir texnoloji həllər tətbiq olunur.
Nəticə etibarilə, sektorun məlumat infrastrukturu güclənir, idarəetmə keyfiyyəti yüksəlir və bazarda daha şəffaf, dayanıqlı və rəqəmsal mühit formalaşır. / marja.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları