Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdı

Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdıSentyabrın 24-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş hökumətin iclasında 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
Baş nazir Əli Əsədov giriş nitqi ilə çıxış edib:
Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdı"Hörmətli Hökumət üzvləri,  Hörmətli iclas iştirakçıları,
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2025-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilmişdir. Bugünkü iclasımızda biz bu layihələri müzakirə edəcəyik. 
Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regional və beynəlxalq müstəvidə uğurlu addımları yeni reallıqlar yaratmış və bu reallıqlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirmişdir. 
Cari il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə əlamətdardır. 
Belə ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. 
Demokratik inkişaf tariximizə yeni uğur səhifəsi kimi yazılan prezident və parlament seçkilərinin nəticələri xalqımızın Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha nümayiş etdirdi, eyni zamanda İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi oldu.
Yeri gəlmişkən, cənab Prezidentin bir neçə gün əvvəl imzaladığı Sərəncamına əsasən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib və hər il sentyabrın 20-də qeyd olunacaqdır. 
Prezidentin imzaladığı Sərəncam bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Hörmətli iclas iştirakçıları,
Qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.
Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə edilməkdədir. 
8 ayda Ümumi Daxili Məhsul 4.3% artmış, o cümlədən qeyri-neft sektorunda 7,0% artım olmuşdur. Qeyri-neft sənayesində isə 7.8% artım qeydə alınmışdır. 
Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 mlrd. $-ı ötmüşdür. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. 
Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. 1 sentyabr tarixinə bu göstərici 5,3 mlrd. dollar olmaqla ÜDM-in 7.5%-ni təşkil edir.
Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirmişdir. 
O cümlədən, tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir.
2024-cü ilin 8 ayında orta illik inflyasiya 1.3%, illik inflyasiya isə 3.5% olmuşdur. Ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmışdır. 
Nəticədə büdcə gəlirləri 2.2 mlrd. manat, büdcə xərcləri isə təxminən 3.0 mlrd. manat artmışdır. 
Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaratmışdır. 
2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanmışdır.
Növbəti il və ortamüddətli dövr üçün budcə siyasəti aşağıdakı əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilmişdir:
1. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;
2. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;
3. Ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi;
4. NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası;
5. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi;
6. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması. 
Hörmətli iclas iştirakçıları!
Hökumət üzvləri növbəti ilin dövlət və icmal büdcə layihələri və makroiqtisadi proqnozlar ilə bağlı daha ətraflı məruzələr edəcəklər. 
Mən isə istərdim bir neçə ümumi məlumatları diqqətinizə çatdırım.
2025-2028-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanmışdır. 
Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülmüşdür.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. 
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir.
Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5%, qeyri-neft sektoru üzrə 4,9%-lik real artım tempi proqnozlaşdırılır. 
Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5% proqnozlaşdırılır.
Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir. 
Möhtərəm cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr vermişdir.
2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır.
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcəkdir.
Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43%-ni təşkil edir.
2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcəkdir.
Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulmuşdur. 
Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır.
Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin ~17%-in təşkil edir.  
Hörmətli iclas iştirakçıları,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. 
Elə bir neçə gün əvvəl dövlət başçısı Ağdam və Şuşaya növbəti səfəri çərçivəsində bir sıra obyekt və müəssisələrin açılışında və təməlqoyma mərasimində iştirak edib. 
2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılmışdır. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. 
Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.
2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulmuşdur. 
Hörmətli iclas iştirakçıları,
Dövlət başçısının düşünülmüş xarici siyasəti Azərbaycanın dünya miqyasına siyasi nüfuzunun artması ilə yanaşı, ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində və digər ölkələrlə iqtisadi əlaqələrinin inkişafında da müstəsna rol oynayan ən mühüm amildir.
Cənab İlham Əliyevin diplomatik məharəti nəticəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi statusunu beynəlxalq aləmdə getdikcə möhkəmləndirir.
Cari ildə Azərbaycan Prezidentinin xarici tərəfdaşlarımız olan dövlətlərə bir çox səfərləri baş tutub. 
Eyni zamanda bir sıra xarici dövlət başçıları ölkəmizə səfər ediblər.
Məhz bu səfərlər və görüşlər zamanı ölkəmizin xarici dövlətlərlə birgə layihələrinə dair təşəbbüslər irəli sürülür, birgə investisiya fondları və şirkətləri yaradılır, qarşılıqlı ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müəyyən edilir.   
Azərbaycan qazını alan ölkələrin sayının artaraq 10-a çatması, eyni zamanda ölkəmizin yaşıl enerji dəhlizinin əsas resurs mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi bu tezisi təsdiq edən çoxsaylı faktlardan biridir.
Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsi və tranzit yükdaşımaların təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə də Orta və Şimal–Cənub dəhlizlərinin inkişafı və potensialının artırılması üçün tərəfdaş ölkələrlə davamlı olaraq birgə səylər göstərir". 
Daha sonra maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında", iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında", əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2025-ci il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri" mövzularında məruzə etdilər. 
Baş nazir Əli Əsədov müzakirəyə yekun vuraraq qarşıda duran əsas vəzifələri elan etdi:
"Hörmətli iclas iştirakçıları! 
Dünən 7-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab Prezidentin çıxışından irəli gələn tapşırıqlara və müəyyən edilən strateji yola uyğun olaraq, Hökumət qarşısında duran əsas vəzifələr barədə danışmaq istərdim:
1. Ötən dövrdə olduğu kimi növbəti illərdə də "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın uğurlu icrası və tələb olunan maliyyə vəsaitinin ayrılması vacib vəzifələrdən hesab olunur.
Strategiyanın icrasında aidiyyəti qurumlar öz üzərinə düşən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməlidirlər. Bu istiqamətdə nəzarət daha da gücləndiriləcəkdir.
2. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa edilməsi ən əsas vəzifələrdən biridir. Bu, ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafında "stimullaşdırıcı multiplikator" rolunu oynacaqdır. 
3. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası prioritet istiqamət olaraq diqqət mərkəzində saxlanılacaqdır. 
Cənab Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq proqramın icrasını ciddi diqqətdə saxlamalı, tapşırıqların yerinə yetirilməsinə mütəmadi olaraq bilavasitə yerində - yəni Naxçıvana səfər etməklə dəstək verməli və nəzarət etməlidirlər.    
4. Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaqdır. 
Dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində olacaqdır. 
5. Bərpa olunan enerji mənbələrinin, xüsuzən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcəkdir.
Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcəkdir.
Yeri gəlmişkən işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri də həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir.
Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar öz məsuliyyətlərini dərk edərək, fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər.
6. Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.
Əminəm ki, tədbir Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəkdir.
Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər.   
7. Qlobal bazarlarda baş verən hadisələr və çağırışlar nəzərə alınmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsi, özünütəminat səviyyəsinin yaxşılaşdırılması, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacaqdır.
8. Dövlət investisiyalarının effektivliyinin artırılması, özəl investisiyaların təşviqi və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı istiqamətində işlər davam etdiriləcək, bu çərçivədə vergi güzəştlərinin verilməsi dəstəklənəcəkdir.  
9. Ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının real artım tempinin 5%-i üstələməsinə nail olunması, habelə kənd təsərrüfatı və qeyri-neft sənayesi kimi sahələrin bu artıma töhfəsinin yüksəlməsi üçün lazımi tədbirlər görüləcəkdir.
10. Yaxın günlərdə qəbul olunacağı gözlənilən "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
11. Dövlət başçısının ölkəmizdə humanitar sahədə, xüsusilə də təhsil sahəsində genişmiqyaslı islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq, milli təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan fəaliyyət davam etdiriləcəkdir.
12. Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar davam etdiriləcəkdir.
2025-2028-ci illər ərzində "Səhiyyə", "Sosial müdafiə və sosial təminat", "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət" bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur.
Bir sözlə büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə isifadəsinə nəzarət və səmərəlilik gücləndiriləcəkdir.
13. Son illər ərzində büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində "Açıq Büdcə İndeksi-2023" hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmışdır.
Belə ki, hesabatda 125 ölkə arasında Azərbaycan 44-cü yerdən 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Bu istiqamətdə görülən işlər davam etdiriləcəkdir. 
14. Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
15. Borclanma strategiyasına uyğun olaraq fiskal və monetar siyasətin sıx koordinasiyası ilə daxili maliyyə bazarının inkişafı istiqamətində işlər davam etdiriləcəkdir.
16. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaqdır.
Bu xüsusda "Qiymət İzləmə Tətbiqi" sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Hörmətli iclas iştirakçıları,
Sonda bir daha əmin olduğumu vurğulamaq istəyirəm ki, cənab Prezidentin rəhbərliyi altında Hökumət qarşısında qoyulan bütün vəzifə və tapşırıqlar vaxtında, yüksək keyfiyyətlə və tam şəkildə icra olunacaqdır.
Bununla da 2025-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrinin müzakirəsinə həsr olunmuş iclas sona çatdı.
Büdcə zərfinə daxil olan sənəd və məlumatlar cənab Prezidentə təqdim ediləcəkdir". 
Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdıBaş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdıBaş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdıBaş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə danışdı/ marja.az

Maliyyə     Tarix: 24 sentyabr 2024

Oxşar xəbərlər

Transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vaxtında təqdim etməyənlər 6 min manat cərimələnəcək

Nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən və "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi"

Əcnəbilərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq

Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tibb müəssisələri və özəl tibb

Nazirlər Kabineti gömrük rüsumları üzrə güzəştlər və azadolmaları təsnifləşdirəcək

Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyə

Gələn il büdcədən bu quruma 10.3 milyon manat ayrılması proqnozlaşdırılır

2025-ci ildə dövlət büdcəsində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün 10.3 milyon, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnam

"Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb, narahatlığı biz də bölüşürük"

Büdcə qaydasında dəyişiklik edilməsinin müəyyənləşməsi yalnız ortamüddətli dövrün sonuna nəzərdə tutulub. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbayca

APPLE-ın şirkəti Azərbaycanda qeydiyyata alındı - VƏTƏNDAŞLARDAN ƏDV TUTULMAYACAQ

"Apple" ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) paylanması və satışı ilə məşğul olan "Apple Distribution International Limited" şirkəti Azərbaycanda Respublikasınd

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat vəsait daxil olmuşdur. Dövlər Statistika Komitəsinin aylıq hesabatında qed edilib ki

Vergi ödəyicisinin vəzifələri artırılır, yeni sanksiyalar müəyyənləşir

Vergi ödəyicisinin vəzifələri artırılır. Bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən. Bu vəzifələr sırasına aşağıdakılar daxil edilir:. - kən

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çərşənbə axşamı günü ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0523 səviyyəsindən 1.0609 səviyyəsin


iqtisadi xeberler valyuta xeberleri iqtisadiyyat xeberleri dollar məzənnəsi biznes xeberleri