Baş nazir müavinətlərlə bağlı qərar imzaladı
Müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamədə dəyişiklik edilib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qeyd olunub ki, qərarla əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır.
Eyni zamanda, həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.
Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır.
Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad