BDU-nun Astrofizika kafedrası Super Ay hadisəsi ilə bağlı məlumat yayıb

BDU-nun Astrofizika kafedrası Super Ay hadisəsi ilə bağlı məlumat yayıbBu gün Super Ay müşahidə olunacaq.
"Report" xəbər verir ki, bu, 2022-ci ilin 2-ci Super Ayı olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verəcək: bu, perigey və Tam Aydır.
Perigey iyulun 13-də Bakı vaxtı ilə saat 13:09-da baş verəcək. Ay Yerə 357263 km-ə qədər yaxınlaşacaq və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olacaq. Tam (Dolu) Ay həmin gün Bakı vaxtı ilə saat 22:38-də görünəcək. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.
Dolu (bədirlənmiş) Ay təbii peykimizin perigeydə olmasına təsadüf edirsə, bu zaman Super Ay hadisəsi baş verir. Perigey Ayın orbitində planetə minimum məsafədə yaxınlaşdığı andakı nöqtədir. Bu, Ayın planetimizin ətrafında fırlandığı elliptik orbitlə bağlıdır. Bu hadisə sayəsində Yerdən Ay diskini adi haldan daha böyük ölçüdə görə bilirik.
Super Ay Tam ayın Yerə 362000 km-dən daha yaxın məsafədə yaxınlaşdığı və perigey və Dolu (Tam) Ayın keçid anları arasında müddət 3 gündən az olduqda baş verir. Bu iki anın (perigey və Tam Ay) üst-üstə düşmələri hər il təsadüf edir. İldə 12 və ya 13 Tam Aydan 3-ü və ya 4-ü Super Ay kimi müşahidə oluna bilər. Lakin perigey və Tam Ayın baş vermə anları arasında fərqin 9 saatdan az olması nadir haldır.
13 iyul 2022-ci ildə perigey ilə Tam Ay arasındakı fərq 9,5 saat olacaq. Bu, adi Super Ay hadisəsi sayılacaq.
Son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş vermişdi. Bu zaman Aya qədər məsafə 356511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq.
Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356461 km təşkil edib.
Qeyd edək ki, 1-ci Super Ay iyun ayının 14-də baş vermişdi, bu zaman Aya qədər məsafə 357433 km olub. /report.az

Xəbərlər     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar məzənnəsi biznes ideyalari 1000 manatla biznes bank faizleri