Bel yırtığına daha çox kimlərdə rast gəlinir? – CAVAB

Bel yırtığına daha çox kimlərdə rast gəlinir? – CAVABBel yırtığı – fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.
Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki, buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.
Bel yırtığının klinikası
Əsas əlamət belinizdəki ağrıdır:
– Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,
– Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə,
– Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.
Bel yırtığı çox irəliləsə, düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.
Kimlərdə daha çox rast gəlinir?
35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.
Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq, belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa arxasında işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.
Bel yırtığının diaqnozu necə qoyulur?
Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.
Bel yırtığı zamanı müalicə taktikası
Bel yırtığının erkən mərhələsində, yəni bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.
Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.
Ağrı çox olduqda və ağızdan qəbul olunan dərman müalicəsinə bir həftə ərzində cavab olmadıqda, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə, o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur – "lomber epidural inyeksiya" və "transforaminal inyeksiya" kimi.
Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.
Bəzən isə cərrahi müalicə qərarında gecikildiyində, qalıcı zədələr yarana bilər.
Əməliyyatın riski varmı?
Bu əməliyyatın mütləq neyrocərrah etməlidir. Bir çox cərrahi müdaxilə üsulu var. Tətbiq olunacaq cərrahi müdaxilə xəstənin yaşı, çəkisi, yanaşı xəstəlikləri kimi vəziyyətlər göz önünə alınaraq cərrah tərəfindən ediləcək əməliyyatın növünə qərar verilməlidir. Bu şəkildə müvəffəqiyyət da artacaqdır.
Əməliyyatdan sonra şikayətlər keçirmi?
Əməliyyatın müvəffəqiyyəti sinir təzyiqinin nə qədər erkən mərhələsində aradan qaldırılmasından və ya xəstəyə bağlı bəzi mənfi vəziyyətlərin olmasından (həddindən artıq kilolu deyilsə, erkən mobilizasyon və xəbərdarlıqlara ciddi şəkildə riayət edirsə) və həkimin bu mövzuda təcrübəli olması ilə əlaqəlidir. Ümumiyyətlə ölkəmizdə bu əməliyyat mütəxəssisi cərrahlar əlində müvəffəqiyyət ilə tətbiq olunan əməliyyatlardır.
Bel yırtığından qorunmaq üçün nələr etməliyik?
Bel, boyun və kürək əzələlərinizi, ayaq əzələlərinizi gücləndirici məşqlər təklif edilir. Bu şəkildə güclü əzələlərlə, onurğaya düşən yükü azalda bilərsiniz.
– Əgər siqaret çəkirsinizsə, buraxın; siqaret bel ağrısı ilə uyğunluq təmin edən bir faktordur.
Əgər artıq çəkiniz varsa, ideal kilonuza enərək forma saxlayın. Bu şəkildə onurğaya düşən yükü azaldaraq, yırtıq inkişafını önləmiş olarsınız.
– Bədəninizə lazım olan diqqəti göstərin, məşq edin, doğru qidalanın və sağlam bir həyat tərzi davam etdirin.
Məsləhətər:
– Çox alçaq (çox alçaq tualet kimi) və ya çox yüksək yerlərə oturmayın.
– Oturarkən belinizi yastıq ilə dəstəkləyin.
– Yerdə yatmayın.
– Yerə əyilmələrinizdə belinizi deyil, diz və ombadan dəstək alın.
– Yerdən bir əşya qaldırarkən belinizi əyməyin, diz və ombanızdan bükülü əyilin və ya çöməlin, cismi gövdəyə yaxınlaşdırıb bu şəkildə qalxın.
– Yük daşıyarkən iki əlinizə bərabər yük alın.
– Yatağa yatarkən əvvəl oturun, ayaqlarınızı qarınınıza çəkərək yan yatın və sonra kürək üstü uzanın (yataqdan qalxarkən də tam tərsini tətbiq edin).
– Bir əşyanı çəkmək və ya itələməkdən qaçın.
– Yuxarıdan bir əşya almanız lazım olsa dartınmaq yerinə ayaqlarınızın altına bir möhkəm stul qoyaraq qalxın və əşyanı götürün.
– Qadınlara – Dikdaban ayaqqabı geyinməyin. Lent.az

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler dollar mezenne bitcoin dollar manat kursu iqtisadiyyat xeberleri