Bəli, manatın dəyəri formalaşır — "Bəyəm, pisdir rəqabət?"

Bəli, manatın dəyəri formalaşır — Ekspertlərin Azərbaycan banklarında likvidliklə bağlı problemin olması fikri tamamilə yanlışdır. Bununla qəti razı deyiləm. Banklar indi hər bir manata görə rəqabət aparır. Bəyəm, pisdir rəqabət?
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib. Media nümayəndəsi ona, ekspertlərin ölkədəki kommersiya banklarında likvidlik problemi ilə bağlı müzakirələrinin olduğunu bildirmişdi.
"Bu sözü mən bir ildən çoxdur eşidirəm. Likvidliklə bağlı olan bazarda artıq çoxdan böhranlar baş verərdi. Normaldır, maşallah! İkincisi, bizim likvidlik çatışmazlığı və izafi likvidlik şəraitində alətlərimiz var, hansı ki, AMB onları istifadə də edir".
"Bəli, manatın dəyəri formalaşıb" deyən AMB sədri fikrini bununla izah edir ki, keçmişdə bizim (təxminən 2022-ci ilin aprelinə qədər – Kazımov həmin dövrdən bu tərəfə quruma rəhbərlik edir) AMB fərqli siyasət həyata keçirirdi.
"Bank sektorunda izafi likvidlik vardı. Vəsaitlər hesablarda qalırdı. Heç bir dəyər formalaşmırdı. Mərkəzi Bank artıq öz pul siyasətini dəyişdirdikdən sonra, həyata keçirdiyi islahatların nəticəsi olaraq artıq hər bir manatın dəyəri formalaşıb. Siz bu gün rahat deyə bilərsiniz ki, AZİR indeksimiz var, üç illik manatımız bu qədər, bir illik bu qədər qiyməti var. Risksiz…"
AMB sədri: Onlar inanır ki, biz uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcəyik
"Bu bir az ədalətsizlikdir" – Kazımov hərracların həftəlik niyə açıqlanmamasına aydınlıq gətirdi
Kazımov 2025 və 2026-cı il üzrə sabit məzənnənin təsirindən danışdı
Bəli, izafi likvidliyi (indiyə qədərki) Mərkəzi Bank sterilizasiya etməli idi. Etdi və banklar hər bir manata görə əhali və banklara pul (faiz kimi) ödəyirlər. Məhz bunun hesabına banklar 2024-cü ildə bazara çıxaraq 50 mindən çox əmanətçi cəlb etdilər. İzafi likvidlik də problemdir. Bu o deməkdir ki, Mərkəzi Bankın transmissiyası çalışmır, təsiri yoxdur, böhran zamanı həmin izafi likvidlik yarada bilər. O deməkdir ki, kreditləşmə 20 faizdə deyil, 30-40 faizlərdə olacaq və inflyasiyaya təsir edəcək" – deyə, Taleh Kazımov qeyd edir.
O, həmçinin manatın dəyərinin dollara qarşı 1.7 olması deyil, Mərkəzi Bankın formalaşdırdığı faizlərin olduğunu öncəki konfranslarda olduğu kimi təkrarladı.
Baş bankir əlavəsində AZİR indeksinin onlar üçün göstərici olduğunu bildirir: "AZİR indeksi 8 faizə çatırsa, bazarda likvidlik çatışmazlığı var, lakin problem deyil. Bu, bir-iki günlükdür. Ya da çox aşağı düşəndə (6.25%) o deməkdir ki, likvidlik izafidir".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bəli, manatın dəyəri formalaşır —

Banklar     Tarix: 23 aprel 2025

Oxşar xəbərlər

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap


iqtisadi xeberler bitcoin qiymeti dollar kursu emlak xeberleri iqtisadiyyat xeberleri