Beyinə çiplər yerləşdiriləcək - ABŞ insanlar üzərində sınaqdan keçirməyə icazə verdi
ABŞ-lı iş adamı İlon Maska məxsus "Neuralink" şirkəti beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman Agentliyindən(FDA) icazə aldığını açıqlayıb.
Marja.az xəbər verir ki, "Neuralink" sosial media hesabında beyin çipi layihəsinin FDA tərəfindən təsdiqlənməsini, "bir gün bir çox insana kömək edəcək mühüm addım" kimi qiymətləndirilib.
Açıqlamada, "Neuralink" komandasının FDA ilə sıx əməkdaşlığı sayəsində icazə aldığı və eksperimental mərhələ üçün müraciətlər ilə bağlı lazımi məlumatların veriləcəyi bildirilib.
"Neuralink" şirkəti söz mövzusu layihə ilə beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi, əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Qeyd edilib ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür.
Digər tərəfdən, mütəxəssislər xəbərdarlıq edirlər ki, "Neuralink"in beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Shopify-da necə satışa başlamaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları