Beynəlxalq birjalarda son vəziyyət

Beynəlxalq birjalarda son vəziyyətBeynəlxalq birjalarda dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin enməsi fonunda qızıla tələb artıb. Qiymətli metal 3689$ səviyyəsinə qədər artaraq tarixi maksimuma yüksəlib. Hazırda qızıl 3685$-a ticarət olunur.
Cari ilin əvvəlindən bəri qızılın qiyməti təxminən 35% bahalaşıb. 2024-cü ilin yekununda isə artım 27% olmuşdu. Bu yüksəlişə qlobal mərkəzi bankların qızıl alışı, monetar siyasətin yumşaldılması, həmçinin ümumi geosiyasi və iqtisadi qeyri-müəyyənliklər də təsir göstərib.
EURUSD valyuta cütlüyü cari həftənin əvvəlindən 1.17160 həddindən 1.17870 həddinə kimi yüksəlib. GBPUSD cütlüyü eyni müddət ərzində 1.35410 səviyyəsindən 1.36230 səviyyəsinədək bahalaşıb. USDCAD cütlüyü isə 1.38410-dən 1.37630-ə qədər kəskin dəyər itirib.
Bazar ertəsi axşamı Uoll-Stritdə daha bir uğurlu sessiya müşahidə olundu. "S&P 500" və "Nasdaq Composite" ticarətin bağlanışında tarixi maksimumlara yüksəldi, xüsusilə də "S&P 500" ilk dəfə olaraq 6600 bəndi keçdi.
İnvestorlar Trampın Çinlə ticarət danışıqları barədə verdiyi müsbət açıqlamaları izləyirlər. Bir sıra iri texnoloji şirkətlərin səhmlərinin qiymətinin artması müşahidə olunub: "Alphabet" səhmləri 4%-dən çox, "Tesla" səhmləri isə 3%-dən artıq bahalaşdı.
Həmçinin, Yaponiyanın "Nikkei 225" indeksi 45 000 bənd səviyyəsini keçərək yeni tarixi rekorda çatdı. Bu, Asiya-Sakit Okean bazarlarında artıma səbəb oldu. Lakin prosesə, ABŞ maliyyə naziri Skott Bessentin elan etdiyi Çinə məxsus "TikTok"-un satışına dair "çərçivə sazişi" müəyyən qədər kölgə saldı. Bessentin sözlərinə görə, kommersiya şərtləri artıq razılaşdırılıb. Qeyd olunur ki, Tramp və Çin sədri Si Cinpin 19 sentyabr, cümə günü sazişin şərtlərini müzakirə etmək üçün əlaqə saxlayacaqlar.
Bu gün ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Böyük Britaniyada dərc olunacaq Orta Əməkhaqqı Səviyyəsi və İşsizlik Səviyyəsi, Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Proqnozu İndeksi, Avrozonda və ABŞ-da dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanılıb. / marja.az

Maliyyə     Tarix: 17 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari