Binəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLAR

Binəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLAR12 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan  gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilmişdir.
Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil müəssisələrinin direktorları, tədris ili ərzində yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  Binəqədi rayonunda 2021-2022-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində  görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik edərək bildirdi ki, "Təhsil millətin gələcəyidir" ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. "Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır", - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. 
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış Vətən Müharibəsi Qəhramanı, polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və H.Hüseynov adına 83 saylı məktəb-liseyin məzunu  Elnur İlqar oğlu Qədirli gənclər adından çıxış edərək: "Onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə  rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır. Çox xoşbəxtdik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək"
Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkli çəkilmişdir.
Binəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLARBinəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLARBinəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLARBinəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLAR

Xəbərlər     Tarix: 13 sentyabr 2022

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi


iqtisadi xeberler dollar manat kursu bitcoin dollar kursu bitkoin