Bir neçə şirkət "MilliKart"dakı payını "ASB Bank"a satıb
Azərbaycanda pressinq mərkəzi "MilliKart" MMC-nin nizamnamə kapitalındakı pay bölgüsü dəyişdirilib.
Banker.az-ın "MilliKart"dan əldə etdiyi məlumata görə, hazırda şirkətin 4 səhmdarı mövcuddur — "Azərsun Holdinq" MMC, "Azərbaycan Sənaye Bankı" ASC, "TuranBank" ASC və "Bank of Baku" ASC.
Belə ki, digər səhmdarlar, "Azərbaycan Sənaye Bankı" ASC və onun daxil olduğu "Azərsun Holdinq" MMC-nin təklifi əsasında "MilliKart" MMC-nin nizamnamə kapitalındakı paylarını "Azərbaycan Sənaye Bankı" ASC-yə satıblar.
Bundan öncə isə ASC "Xalq" Bankının 0.67% payının digər səhmdara ötürdüyü barədə yazmışdıq.
Xatırladaq ki, "MilliKart" prosessinq mərkəzi 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb. Müxtəlif dövrlərdə şirkətin səhmdarları sırasında "Bank Respublika", "Unibank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku", "Xalq Bank", "AccessBank" və digər banklar, eləcə də bəzi ləğv prosesində olan kredit təşkilatları yer alırdı.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Biznes təlimlər və tədris üsulları
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri