Birbank Filip Kotlerin "Müasir Marketinqin Əsasları" kitabında yer alacaq

Birbank Filip Kotlerin ®Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq. Kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.
100 ölkəni əhatə edən "Müasir Marketinqin Əsasları" kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur. Qeyd edək ki, "Kotler Impact"in MDB ölkəkələrindəki eksklüziv nümayəndəsi olan "AWE Consulting" kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir. 
Birbank-ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində təqdim ediləcək.
Birbank-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib: "Filip Kotler kimi dünya marketinq elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici hadisə deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır. Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. "Müasir marketinqin əsasları" kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da ilhamlandırır".    
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya