Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
®Birbank müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.
Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra "ƏDV geri al" balansına əlavə olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.
Qeyd edək ki, "ƏDV geri al" portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil edilir.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları