Birja enərkən nə etməli? İnvestorlar üçün qızıl məsləhətlər

Birja enərkən nə etməli? İnvestorlar üçün qızıl məsləhətlərBirjalardakı enişlər adətən iqtisadi qeyri-müəyyənlik, siyasi qeyri-sabitlik və ya qlobal böhran kimi makroiqtisadi amillərdən qaynaqlanır. Lakin bu enişlər hər zaman mənfi hal kimi qiymətləndirilməməlidir. Tarix göstərir ki, bir çox bazar çöküşü uzunmüddətli dövrdə məlumatlı və strateji sərmayəçilər üçün yeni imkanlar yaradıb.

Birjalar niyə düşür?

Biznes.az xəbər verir ki, birjalardakı enişlər adətən mürəkkəb və bir-biri ilə əlaqəli bir sıra amillərdən qaynaqlanır.

Birja enişlərinin əsas səbəblərindən biri iqtisadi göstəricilərdir. Məsələn, faiz dərəcələrinin yüksəlməsi şirkətlərin borclanma xərclərini artırır, bu isə onların gəlirliliyinin azalmasına gətirib çıxarır. Nəticədə investorların səhm bazarına marağı azalır və bu da birjalarda enişlərə səbəb olur.

Eyni zamanda, iqtisadi artımın yavaşlaması istehlak xərclərinə və şirkətlərin gəlirlərinə mənfi təsir göstərir, bu da bazarlarda inamın azalmasına və birja indekslərinin geriləməsinə gətirib çıxarır.

Birjalardakı enişlərin arxasında dayanan digər amil siyasi qeyri-sabitlik və geosiyasi gərginliklərdir. Xüsusilə seçkilər, siyasi böhranlar və ya hökumət dəyişiklikləri investorların gələcəklə bağlı qeyri-müəyyənlik hissini artırır, bu da investisiyaların təxirə salınmasına və ya investorların bazarlardan çıxmasına səbəb olur.
Bazar psixologiyası və investor davranışları da birjalardakı dalğalanmaların əsas amillərindən biridir. İnvestorlar adətən bazarlarda baş verən mənfi proseslərə emosional reaksiya verirlər.

Birja enişlərində investorlar nə etməlidir?

Birja böhranları zamanı panikaya düşən investorlar daha böyük itkilərdən qorunmaq üçün aktivlərini sürətlə satmağa meyil edirlər. Lakin düzgün strategiyalarla bu kimi dövrləri fürsətə çevirmək mümkündür. Birja enişləri zamanı investorların izləyə biləcəyi bəzi yanaşmalar bunlardır:

1. Panik satışlarından uzaq durmaq
Birja enişlərində ən çox edilən səhvlərdən biri səhmləri həyəcanla satmaqdır. Qısamüddətli bazar dalğalanmaları uzunmüddətli yatırım hədəflərinə təsir etməməlidir. İnvestorlar unutmamalıdır ki, bazarlardakı enişlər müvəqqəti ola bilər və soyuqqanlılıq vacibdir. Tarixi göstəricilər də birjaların uzunmüddətli dövrdə bərpa olunmağa meyilli olduğunu sübut edir.

2. Risklərin idarə olunmasına üstünlük vermək
Birja enişləri zamanı risklərin düzgün idarə edilməsi böyük əhəmiyyət daşıyır. İnvestorlar portfellərini diversifikasiya etməklə risk səviyyəsini azalda bilərlər. Məsələn, müxtəlif sektorlara və aktiv siniflərinə (səhmlər, istiqrazlar, qızıl və s.) aid investisiyalardan ibarət portfel bazar dalğalanmalarına qarşı daha dayanıqlı ola bilər.

3. Aşağı qiymətlərdən alış imkanlarının dəyərləndirilməsi
Birja enişləri keyfiyyətli səhmləri daha sərfəli qiymətlərlə almaq üçün fürsətlər yaradır. İnvestorlar belə dönəmlərdə fundamental göstəriciləri güclü olan şirkətlərin səhmlərini daha ucuz qiymətə alaraq portfellərini gücləndirə bilərlər. Lakin bu strategiyanı tətbiq edərkən şirkətlərin əsas göstəricilərini gəlirlilik səviyyəsini, borc yükünü, böyümə potensialını və maliyyə dayanıqlığını diqqətlə təhlil etmək vacibdir.

4. Nağd mövqenin qorunması
Birja enişləri zamanı nağd mövqenin qorunması investorlar üçün mühüm üstünlük yaradır. Nağd vəsaitini əlində saxlayan investorlar bazar şərtlərinə uyğun strategiyalarını daha çevik şəkildə tənzimləmək və yaranan fürsətlərdən daha sürətli yararlanmaq imkanı əldə edirlər.

5. Peşəkar dəstəkdən istifadə edilməsi
Birja enişləri dövründə investisiya qərarları qəbul edərkən peşəkar dəstəyə müraciət etmək faydalı ola bilər. Maliyyə məsləhətçiləri və ya portfel idarəçiləri bazar şərtlərini təhlil edərək investorlara düzgün istiqamət göstərməyə kömək edə bilərlər.
Bundan əlavə, investisiya təlimləri və seminarlarda iştirak edərək maliyyə biliklərini artırmaq da bu dövrdə mühüm əhəmiyyət daşıyır.

İnvestisiya     Tarix: 09 noyabr 2025

Oxşar xəbərlər

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb

2025-ci ildə Gürcüstandan 91 milyon 258 min dollar investisiya cəlb olunub. Almaniyadan Azərbaycana investisiya  3 dəfəyədək azalıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 55 milyon 90

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 12 sənəd imzalanıb - DETALLAR - FOTOLAR 

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 12 sənəd imzalanıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, sənaye

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras


iqtisadi xeberler pul qazanmaq dollar kursu dollar məzənnəsi rubl mezenne