Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftə ABŞ Federal Ehtiyyatlar Sistemi, Avropa və İngiltərə Mərkəzi Bankları və İsveçrə Milli Bankının faiz artımlarından sonra dollar dünya birjalarında major valyutalar qarşısında bahalaşıb.
Faiz artımlarından sonra birja iştirakçılarının diqqətləri mərkəzi bankların monetar siyasətin gələcəyi ilə bağlı planlarına yönəlib. Bu səbəbdən də rəsmilərin pul-kredit siyasətinin yol xəritəsinə dair verəcəkləri mesajlar birjlarda gələcək tendensiyaları formalaşdıra bilər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
103.50 səviyyəsindən dəstək alan dollar indeksi (DXY) hazırda 104 bənd hədlərinin üzərində möhkəmlənməyə çalışır. "Buğa"lar buna müəssər olsa və DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 110 və 113 bənd hədlərinə qədər davam edə bilər.
Bu həftənin cümə axşamı Amerikada dərc olunacaq ÜDM göstəriciləri artımla açıqlanarsa, dolların dünya birjalarında qiymətlərinə dəstək ola bilər.
EUR
Mərkəzi bankların faiz qərarları fonunda 1.07$ hədlərinə qədər bahalaşan EUR/USD cütlüyü FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyinə dair mesajlarından sonra yenidən 1.06$ səviyyəsinin altına düşüb. Təhlillərə əsasən dollar indeksi 106 bənd həddinin üzərində möhkəmlənə bilsə, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası daha da güclənə bilər.
Bu həftə Almaniyada "İFO" Biznes Aktivliyi İndeksi kimi vacib iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair rəqəmlər GBP/USD cütlüyündə trendin gələcək taleyinə dair bir çox suallara aydınlıq gətirə bilər. 
TRY
Son 3 ayda üfüqi tendensiya sərgiləyən USD/TRY məzənnəsi 18.65TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər. Cümə axşamı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı USD/TRY cütlüyündə tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GOLD
FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyinə dair mesajlarından sonra dolların bahalaşacağına dair yaranan ehtimallar fonunda qızıl həftəni 1792$-da tamamladı. Dollar indeksində artım tendensiyası davam edərsə və 1790$ həddindəki dəstək səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1739$ və 1720$-a kimi ucuzlaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 19 dekabr 2022

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler pul qazanmaq biznes krediti valyuta xeberleri bitkoin qiymeti