Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin son ticarət gününün sonuna doğru FED-in inflyasiyanın göstəricisi kimi qiymətləndirdiyi Məşğulluq Xərcləri İndeksi ötən ilin son rübündə gözləniləndən 1% az artdığı açıqlanandan sonra investorların FED-in inflyasiya ilə mübarizə çərçivəsində aqressiv sərt monetar siyasətini yumşaldacağına dair gözləntilərini artıb. Bu isə öz növbəsində yüksələn dollar indeksinin 104.40 bənd səviyyəsində müqaviməylə qarşılaşaraq 103.60 bəndə qədər geriləməsinə səbəb oldu.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri 1.0600 və 1.1910 səviyyələrindən dəstək alaraq müvafiq olaraq 1.0690 və 1.2040 hədlərinə kimi bahalaşdı. 
Bu həftə Amerikada açıqlanacaq ÜDM-in həcmi, həmçinin "FOMC"-un son toplantısının protokollarının dərci dolların dünya birjalarında major valyutalar qarşısında qiymətlərinin formalaşmasına ciddi təsir edə bilər.
Təhlillərə əsasən "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Bu həftə Avrozonada və Almaniyada dərc olunacaq inflyasiya göstəriciləri EURUSD məzənnəsində trendin formalaşmasında həll edici roll oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər. 
GBP
Ötən həftəni 1.2040 hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər. 
TRY
Türkiyədə baş verən zəlzələnin iqtisadiyyata təsirlərini dəyərləndirən analitiklərin Türkiyə iqtisadiyyatının 2% geriləyəcəyinə dair proqnozları fonunda lirə tarixi maksimumlarını yenilədi. Bu həftə həmçini Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
GOLD
FED-in inflyasiyanın göstəricisi kimi qiymətləndirdiyi Məşğulluq Xərcləri İndeksi ötən ilin son rübündə gözləniləndən 1% az artdığı açıqlanması fonunda qızıl 1820$ həddindən dəstək alaraq 1840$-a kimi bahalaşdı. Lakin dollar indeksində qiymət 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə və  artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 20 fevral 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq