Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətAvropada proqnozların çox üzərində açıqlanan inflyasiya göstəriciləri fonunda ötən həftənin sonuna doğru ucuzlaşan və həftəni enişlə tamamlayan dollar indeksində (DXY) tendensiyanın necə formalaşacağında bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də "NFP" rəqəmləri, eləcə də Avrozonada, İngiltərədə və Yaponiyada dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair rəqəmlər həll edici rol oynaya bilər.
Vurğulamaq istərdik ki, ötən həftənin cümə günü ticarət həftəsinin sonuna doğru ABŞ  Federal Ehtiyatlar Sisteminin faiz artımlarını hələ uzun müddət davam etdirəcəyinə dair ehtimallar daha da qüvvətləndi. Beləki, FED inflyasiyanın azaldılması istiqamətində qərarlı olduğunu bir daha bəyan edərək, faiz artımlarının davam etdirilməsinin məqsədəuyğun olacağını bildirib.
FED-in ABŞ Konqresi üçün hazırladığı və ildə iki dəfə Konqresə təqdim etdiyi  yarımillik Pul Siyasəti Hesabatının mart sayı dərc olunub.
Fed sədri Jerom Pavelin bu həftə Konqresə təqdim edəcəyi hesabatda keçən ilin iyun ayı bəri bir il əvvəlki rəqəmlərlə müqaiyəsədə görə əhəmiyyətli maliyyə şərtləri və şəraitinin olduqca daha sərt olduğu bildirilib.
Hesabatda keçən ilin ortalarından etibarən tədarük kəsintilərinin azalması və enerji qiymətlərinin ucuzlaşması nəticəsində inflyasiyanın yavaşladığına diqqət çəkilsə də, inflyasiyanın Federal Açıq Bazar Komitəsinin (FOMC) 2%-lik hədəfinin çox üzərində qaldığı qeyd edilib.
EUR
Ötən həftə Avrozonada və Almaniyada açıqlanan inflyasiya və əmək bazarına dair göstəricilər, həmçinin cümə axşamı dərc olunan Avropa Mərkəzi Bankının son toplantısının protokolları avronun dollar qarşısında bahalaşmasına dəstək oldu. Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair göstəricilər, xüsusilə də "NFP" rəqəmləri qroqnozları qabaqlasa, EURUSD məzənəsi yenidən eniş tendensiyasını bərpa edə bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər. 
Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın həftənin çərşənbə və cümə günləri baş tutması gözlənilən çıxışları da investorların diqqət mərkəzində olacaq. 
GBP
Ötən həftəni 1.2040 hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair statistik göstəricilər ciddi təsir edə bilər. 
GOLD
DXY-ın 104.85 bənd hədlərində müqavimətlə qarşılaşaraq geriləməsi fonunda qızıl 1855$-a kimi bahalaşdı. Təhlillərə əsasən bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair göstəricilər, xüsusilə də "NFP" rəqəmləri qroqnozları qabaqlasa, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1841$-a və 1830$-a kimi ucuzlaşa bilər.
Qeyd edək ki, bu həftə həmçinin Yaponiya və Avstraliya Mərkəzi Banklarının faiz qərarları və keçiriləcək mətbuat konfransları, eləcə də Yaponiyada dərc olunacaq ÜDM göstəriciləri dolların major valyutalar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 06 mart 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq