Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətFederal Ehtiyyatlar Sisteminin və Avropa Mərkəzi Bankının faiz endirimlərinin nə vaxt baş verə biləcəyini müəyyənləşdirməyə çalışan investorlar bu həftə ABŞ-da ən vacib  inflyasiya göstəricilərindən olan Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi, eləcə də, Avrozonada və Almaniyada dərc olunacaq önəmli makroiqtisadi məlumatları yaxından izləyəcəklər.
ABŞ-dan inflyasiyası rəqəmləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (PCE) cümə günü açıqlanacaq və investorlar inflyasiyada başlayan yavaşlamanın davam edib-etməyəcəyinə dair ipucları arayacaqlar.
Bununla belə, son PCE məlumatları gözləntiləri doğrultmadı. Son məlumatlar ABŞ-da aprel ayında inflyasiyanın gözlənilmədən sabit qaldığını göstərdi.
Şəxsi İstehlak Xərcləri Qiymət İndeksində geriləmə olmasa, bu, faiz dərəcələrinin tezliklə azaldılması ilə bağlı iddiaları zəiflədə bilər. Qeyd edək ki, FED-dən fərqli olaraq, bazarlar bu il iki faiz endirimi proqnozlaşdırmaqda davam edir.
İqtisadi təqvimə həmçinin "Conference Board" İstehlakçıların İnam İndeksi ilə bağlı iyun məlumatları, həmçinin, yeni və mövcud ev satışları ilə bağlı may ayı göstəriciləri də daxildir. 
Cari həftə ərzində Amerikada dərc olunacaq ən önəmli göstərici isə Ümumdaxili Məhsulun Həcmi və ÜDM Qiymət İndeksinə dair may ayı nəticələridir.
EUR
Avrozonada Fransa, İtaliya və İspaniya cümə günü iyun ayı üçün ilkin inflyasiya məlumatlarını açıqlayacaqlar.
Məlumatlar Avrozona üzrə məlumatların tonunu təyin edəcək ki, bu da Avropa Mərkəzi Bankının bu il faiz dərəcələrini neçə dəfə azaldacağını ölçməyə çalışan investorlar üçün əsasdır.
ECB iyunun 6-da faiz dərəcələrini azaldıb, lakin, hələ də güclü daxili inflyasiya və maaşlar daha nə qədər azalmanın olacağı ilə bağlı sualları gündəmə gətirib.
İnvestorlar ikinci dəfə faiz dərəcəsinin azaldılması ehtimalını ilin sonuna qədər 64%-ə düşəcəyini proqnozlaşdırırlar. Baxmayaraq ki, iyun iclasından əvvəl bu ehtimallar təxminən 80%-dən yüksək qiymətləndirilirdi.
İyunun 30-da Fransa prezidenti Emmanuel Makronun Fransada seçkilərin ilk turunu elan etməsindən sonra yeni siyasi qeyri-müəyyənliklə mübarizə aparan investorların əhval-ruhiyyəsi avronun valyuta birjalarındakı qiymətlərinə yön verə bilər. 
Ötən həftəyə 1.07$ səviyyəsində start verən EURUSD məzənnəsi 1.0761 həddini test etsə də, cümə günü Amerikada proqnozların üzərində açıqlanan sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərindən sonra kəskin geriləyən məzənnə, həftəlik şamını 1.0690 həddində bağladı. 
"Ayılar" qiyməti 1.07$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Böyük Britaniya məlumatları
Bazar iştirakçıları, İngiltərə Mərkəzi Bankının pul-kredit siyasətinə yön verən əsas göstəricilərdən olan ÜDM hesabatını cümə günü yaxından izləyəcəklər.
ÜDM məlumatlarının rüblük və illik müqayisədə müvafiq olara -0.2%-dən 0.2%-ə qədər və -0.3%-dən 0.6%-ə qədər artacağı proqnozlaşdırılır. Nəticələr proqnozlaşdırılan kimi artımla açıqlanarsa, bu amil fun-sterlinqin bahalaşmasına səbəb ola bilər. 
Son vaxtlara qədər iqtisadçılar İngiltərədə iyun ayında faiz dərəcəsinin azaldılacağını ehtimal edirdilər. Lakin, davam edən inflyasiya təzyiqləri bu ehtimalların noyabr ayına qədər təxirə salınmasına səbəb oldu.
Bu səbəbdən də investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çərşənbə axşamı nəzərdə tutulan çıxışında monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.
Ötən həftə ərzində 1.2740 həddinə kimi bahalaşan GBPUSD məzənnəsi burada müqavimətlə qarşılaşaraq kəskin ucuzlaşdı və həftəlik şamını 1.2640 səviyyəsində tamamladı. 
"Ayılar" qiyməti 1.27$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 
OİL/UK
Neft qiymətləri cümə günü qlobal neft tələbindəki artımın güclü ABŞ dolları və bəzi qlobal iqtisadiyyatlardan gələn mənfi xəbərlərin təsiri ilə zəifləyəcəyinə dair ehtimallar fonunda təxminən 1% ucuzlaşıb.
Əvvəlki həftə təxminən 4% dəyər qazanan xam neft qiymətləri iyun ayının üçüncü həftəsində təxminən 3% artdı.
Cümə günü dollar indeksi son yeddi həftənin ən yüksək səviyyəsinə yüksəldi, çünki Federal Ehtiyatlar Sisteminin faizləri aşağı salmağa səbirli yanaşması digər mərkəzi bankların yumşaq monetar siyasətə daha erkən keçid etmələri ilə ziddiyyət təşkil edir.
Aşağı faiz dərəcələri bu il zəif qlobal tələblə sürüklənən neft qiymətlərini dəstəkləyə bilər. ABŞ-ın faiz dərəcələrini aşağı salması dünyanın ən böyük iqtisadiyyatında borclanmanı ucuzlaşdıracaq və hasilat artdıqca neftə olan iştahı stimullaşdıracaq.
Bu həftə artan geosiyasi risk ehtimallarının artmasının neft qiymətlərini dəstəklənməyə davam edəcəyi də ehtimal edilir.
Ötən həftəyə 82.50$ həddindən başlayan "Brent" nefti, həftə ərzində 82.20$-a kimi ucuzlaşsa da, daha sonra bu həddən dəstək taparaq 86.20$-a kimi bahalaşdı. Lakin, tələbin azalacağına dair narahatlıqlar fonunda neft bir qədər ucuzlaşdı və həftəlik şamını 85.20$ səviyyəsində bağladı.
Cari həftə ərzində "Buğalar" qiyməti 85$-ın üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
XAU/USD
Ötən həftəyə 2332$ səviyyəsindən başlayan və 2369$-a kimi bahalaşan qızıl, Amerikada proqnozların üzərində açıqlanan PMİ göstəriciləri fonunda 2321$-a kimi ucuzlaşdı. "Ayılar" qiyməti 2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Məlumatİnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler kicik biznes valyuta mezennesi biznes xeberleri emlak xeberleri