Pensiya və müavinətləri istənilən bank vasitəsilə almaq mümkün olacaq

Pensiya və müavinətləri istənilən bank vasitəsilə almaq mümkün olacaqAzərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.
Hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.
Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.
Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.
Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.
Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.
Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb. Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır.
İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.
Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq. Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək. / banker.az

Banklar     Tarix: 22 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi