Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətSentyabrın ilk həftəsi beynəlxalq maliyyə bazarları üçün həm makroiqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli hadisələrlə yadda qaldı. ABŞ-da zəif məşğulluq göstəriciləri dolların istiqamətini dəyişdi, Avrozonada inflyasiya və ÜDM məlumatları bazarlara əlavə siqnallar verdi. Ukrayna cəbhəsində artan hərbi gərginlik və Fransadakı siyasi qeyri-müəyyənlik isə Avropa aktivlərində risk payını yüksəltdi.
Avrozonada İnflyasiya: Məqsədə Doğru Dözümlü Eniş
Avropa Mərkəzi Bankı (ECB) üçün ən vacib göstərici olan baza illik İstehlak Qiymətləri İndeksi (İQİ) sentyabr ayının ilkin təxmininə görə 2.9% ilə ölçüldü. Bu rəqəm, bir əvvəlki ayın 3.1% səviyyəsindən və bazarın 3.0% gözləntisindən daha yaxşı gəldi. Ümumi inflyasiya isə 2.4% olaraq proqnozlarla uyğunlaşdı.
Bu nəticə, inflyasiya təzyiqinin davamlı şəkildə azalmağa davam etdiyini təsdiqlədi. ECB-nin iyun ayında başlatdığı faiz endirimləri siyasətini davam etdirmək üçün əlverişli bir mühit yaratdı.
ABŞ: Zəif məşğulluq rəqəmləri faiz endirimlərini gündəmə gətirir
Ötən həftənin ən çox gözlənilən məlumatı, 05 sentyabr cümə günü açıqlanan ABŞ Əmək Bazarı Hesabatı oldu. Nəticələr, bazar iştirakçılarını şoka saldı. Əmək Nazirliyinin hesabatına görə, avqust ayında Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı cəmi 22 min artıb. Bu, son illərin ən zəif nəticələrindən biridir və gözləntilərin xeyli altında qaldı. Eyni zamanda ümumi işsizlik səviyyəsi 4.3%-ə yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatdı.
Hesabat, əvvəlki ayların aşağı yönlü yenilənmələri ilə birlikdə ABŞ əmək bazarının momentum itirdiyini göstərdi. Bu zəiflik, 16–17 sentyabrda keçiriləcək FOMC iclasında FED-in faiz endirimlərinə gedəcəyi ehtimalını bazarlarda demək olar ki, qətiyyətli etdi.
NFP rəqəminin gözləntilərin xeyli aşağısında gəlməsi, ABŞ iqtisadiyyatının əmək bazarında əhəmiyyətli bir yavaşlama olduğuna dair ən güclü siqnal oldu. Ancaq əmək haqqı artımının 0.3% ilə davam etməsi, inflyasiya təzyiqinin tamamilə yox olmadığını xatırlatdı. Bu qarışıq mənzərə, Federal Ehtiyatlar Sistemi (FED) üçün "yumşaq eniş" yolunun daraldığını göstərdi.
Nəticədə, EURUSD, GBPUSD məzənnələri bahalaşaraq həftəni 1.17170 və 1.35040 səviyyələrində tamamladılar. USDJPY və USDCHF paritetləri isə ötən həftə üfüqi tendensiya ilə yadda qaldılar.
Bu həftə isə investorları düşündürən əsas sual "Avropa Mərkəzi Bankı cümə axşamı baş tutacaq toplantısında növbəti faiz endiriminə gedəcəkmi?" - olacaq. Bundan başqa Amerikada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İngiltərədə dərc olunacaq ÜDM hesabatı, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı kimi xəbərlər birjalara yön verəcək.
EUR
Ötən həftəyə 1.16990 həddində başlayan EURUSD məzənnəsi 1.16080 həddinə kimi ucuzlaşsa da, cümə günü Amerikada açıqlanan əmək bazarı hesabatı sonrası dolların uculaşması fonunda yenidən yüksəldi və ötən həftəni 1.17170 səviyyəsində tamamladı. 
Yeni həftəyə də artımla başlayan məzənnədə "buğalar" qiyməti 1.17000 həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə ərzində investorlar AMB toplantısında növbəti faiz endirimi olmasa belə Avrozonadın baş bankirinin çıxışında monetar siyasətin gələcəyinə dair ip ucları arayacaqlar.
GBP
GBPUSD məzənnəsi ötən həftə 1.33320  həddinə kimi ucuzlaşa da, həftəni  1.35040 həddində tamamladı. yeni həftənin əvvəlində də bahalaşır. 
Cari həftəyə artımla başlayan GBUSD məzənnəsində "buğalar" qiyməti 1.35$ həddinin üzərində qoruyub saxlaya bilsələr, funt-sterling dollar qarşısında öz mövqelərini daha da yaxşılaşdıra bilər.
XAUUSD
Ötən həftənin cümə günü dolların uculaşması fonunda qızıl kəskin bahalaşdı və həftəni 3586$ səviyyəsində artımla başa vurdu. Hazırda 3591$ səviyyəsində ticarət olunan "sarı metal"ın qiyməti 3600$ həddini qırsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin Analitikləri tərə  / marja.az

Maliyyə     Tarix: 08 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari