Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞDünya maliyyə bazarları bu həftəni ABŞ-da keçiriləcək illik "Jackson Hole" İqtisadi Simpoziumunun kölgəsində keçirdi. Bütün diqqətlər Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin cümə günü etdiyi çıxışa yönəlmişdi. İnvestorlar sədrin çıxışında faiz dərəcələrinin gələcək trayektoriyasına dair ipucları arayırdılar. 
Ötən həftə həmçinin, İngiltərə və Avrozonada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri, regionların inflyasiya trendlərini izləyən iqtisadçılar və bazar iştirakçıları üçün mühüm məlumatlar təqdim etdi.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
İngiltərədə illik inflyasiya iyul ayında 3.8% səviyyəsinə yüksəlmişdir ki, bu da, bazar iştirakçılarının gözləntiləri olan 3.7% proqnozlarını aşdı. Bu artımda əsas rol benzin və qida qiymətlərinin əvvəlki ayla müqayisədə yüksəlməsi idi. Aylıq bazda isə CPİ 0.1% artmışdır. İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ) isə 2.7% səviyyəsində sabit qaldı ki, bu da, İngiltərə Bankının (BoE) hədəfi olan 2% səviyyəsindən bir qədər yüksəkdir.
Avrozonada isə illik CPİ 2.0% səviyyəsində sabit qaldı və gözləntilərlə tam uyğun oldu. Ümumi inflyasiya aylıq müqayisədə dəyişməz qalaraq 0.0% artım göstərdi. Baza inflyasiya isə illik müqayisədə 2.3% səviyyəsində qalaraq qiymət təzyiqlərinin nəzarət altında olduğunu göstərdi. Bu göstəricilər, Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair ehtiyatlı və stabilləşdirici tonunu dəstəkləyir.
Çərşənbə axşamı Amerikada, Avrozonada və İngiltərədə sənaye və xidmət sektorlarında, həmçinin kompozit Biznes Aktivliyi İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanması fonunda valyuta birjalarında volatillik çox yüksək oldu. 
"Jackson Hole 2025": Pauelldən "ehtiyatlı dovish" siqnal
FED sədri Cerom Pauell simpoziumda balanslı çıxış etdi. O, inflyasiyanın hədəfə yaxınlaşdığını vurğulasa da, əmək bazarında zəifləmənin artdığını qeyd etdi və sentyabr ayında faiz dərəcəsinin endirilə biləcəyi ehtimalına işarə etdi. FED sədrinin çıxışı bazarlarda "dovish" qəbul edildi. Nəticədə faiz endirimi ehtimalı sentyabr üçün 71%-dən 91%-ə yüksəldi. Pauellin çıxışı fonunda dollar zəiflədi, nəticədə EUR və GBP qarşısında geri çəkildi.
Növbəti mərhələni isə sentyabr ayında FED-in real qərarı və həmçinin ABŞ CPI göstəriciləri müəyyən edəcək.
Yeni həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbər ABŞ-da açıqlanacaq ÜDM hesabatı olacaq. Bundan başqa İsveçrədə dərc olunacaq ÜDM hesabatı, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Amerikada yayımlanacaq "Conference Board" İstehlakçıların İnam İndeksi və Şəxsi Xərclər İndeksi kimi xəbərlər birjalara yön verəcək.
Bu həftə eləcə də, Yaponiyada İstehlak Qiymətləri İndeksi, Kanadada ÜDM hesabatları da açıqlanacaq.
EUR
Ötən həftəyə 1.17000 həddində başlayan EUR/USD məzənnəsi 1.15830 həddinə kimi ucuzlaşsa da, cümə günü FED sədri Cerom Pauellin çıxışı sonrası dolların ucuzlaşması fonunda yenidən yüksəldi və ötən həftəni 1.17210-da tamamladı. 
Günə enişlə başlayan və hazırda 1.17050 həddində ticarət olunan məzənnədə "ayılar" qiyməti 1.17000 həddinin altına qaytara və bu həddin altında saxlaya bilsələr, məzənnə yenidən ucuzlaşa bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
GBP/USD məzənnəsi ötən həftə 1.33900  həddinə kimi ucuzlaşa da, həftəni  1.35290 həddində tamamladı. yeni həftənin əvvəlində də bahalaşır. 
Cari həftəyə enişlə başlayan GBP/USD məzənnəsində "ayılar" qiyməti 1.34 həddinin altına qaytara bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Ötən həftənin cümə günü dolların ucuzlaşması fonunda qızıl kəskin bahalaşdı və həftəni 3372$ səviyyəsində artımla başa vurdu. Hazırda 3365$ səviyyəsində ticarət olunan "sarı metal"ın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 27 avqust 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari