Birjalarda son vəziyyət - Günlük analiz

Birjalarda son vəziyyət - Günlük analizİyun ayının sonu və iyulun ilk həftəsi dünya iqtisadiyyatı üçün olduqca kritik və həssas bir dövr kimi yadda qaldı. Bazarlar üzrə gözlənti istiqamətlərini dəyişdirməyə vadar edən çoxsaylı siyasi, iqtisadi və geopolitik siqnallar, investor davranışlarına birbaşa təsir etdi.
ECB-nin Sintra Forumu: Monetar Siyasətin Yol Xəritəsi
30 iyun - 2 iyul tarixlərində Avropa Mərkəzi Bankının (ECB) Sintra şəhərində keçirdiyi illik forum həftənin iqtisadi baxımdan mərkəzində dayandı. "Dəyişikliyə Uyğunlaşma: Makroiqtisadi Dəyişikliklər və Monetar Siyasət Reaksiyala" mövzusunda keçirilən forumda qlobal inflyasiya, faiz siyasəti və geopolitik risklər ətraflı şəkildə müzakirə olundu.
Kristin Laqard (ECB) forumun açılışında ABŞ, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya mərkəzi bank rəhbərləri ilə inflyasiya sıxıntıları və siyasi qeyri-müəyyənlikləri müzakirə etdi.
Cerom Pauell (FED) "data-driven" yəni "veriyönülmü" siyasət yanaşmasını qoruyacağını vurğuladı. Trampın monetar siyasətə təsiri fonunda FED-in mütəhəriz yanaşmasını əsaslandırdı.
Endryu Beyli (BoE) bankların real sektor və maliyyə bazarları ilə koordinasiyasını gücləndirməyin vacibliyini qeyd etdi.
ABŞ Ticarət Gərginliyi: Tarif Təhdidi
ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi, Yaponiya və bir neçə digər ticarət tərəfdaşına yeni tarif tətbiqlərinin 1 avqust 2025-də başlayacağını açıqladı. Bu addım beynəlxalq ticarət sistemində narahatlıq yaradaraq Avropa bazarlarında dalğalanmaların artmasına səbəb oldu. Investorlar ehtiyat rejiminə keçdi.
ABŞ-da Güclü Məşgulluq Rəqəmləri
2025-ci ilin iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda 147 min yeni iş yeri yaradıldı. Bu göstərici faiz endirimi gözləntilərini azaldaraq dolların güclənməsinə təkan verdi. "S&P500" indeksi yüksəlməyə davam etdikcə, "Nasdaq" yeni rekordlarla yadda qaldı. Eyni zamanda, 10 illik Xəzinə istiqrazlarının gəlirləri yüksəldi.
NATO Sammiti: Müdafiə Xərclərində Rekord Artım
24–25 iyun tarixlərində NATO Sammitində üzv dövlətlərə müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə qaldırmaq tələbi irəli sürüldü. Bu, Avropada müdafiə və aerokosmika sektoruna investisiya axını yaratdı. "STXE 600 Defence & Aerospace" indeksi ilin ilk yarısında 54% artış göstərdi.
"OPEC+" Neft Bazarının Tənzimləməsinə Davam Edir
"OPEC+" avqust ayında hasilatı gündəlik 548 min barel artıracağını açıqladı. Bu açıqlama "Brent" və "WTI" qiymətlərində 1–2% azalma yaratdı. Eyni zamanda, İran ətrafında yaranan gərginlik və Hörmüz boğazının potensial qapalı olması riskləri qiymətlərdə qısamüddətli sıçrayışlara səbəb olsa da, bu risk "OPEC+"-in müdaxiləsi ilə səngidi.
Ötən həftəyə 1.17260 və 1.37200 səviyyələrində start verən EUR/USD və GBP/USD valyuta cütlükləri müvafiq olaraq 1.18300 və 1.37880 səviyyələrinə qədər bahalaşdılar. Lakin, həftənin sonuna doğru dollara tələbin artması fonunda ucuzlaşaraq ötən həftəni müvafiq olaraq 1.17730 və 1.36420 səviyyələrində başa vurdular.  
"Güvənli liman" maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3365.65$-a kimi bahalaşsa da, həftəni 3333.80$ səviyyədə tamamladı. Hazırda 33308$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər. 
Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam Amerika Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokollarıdır. 
Həmçinin, İngiltərədə yayımlanacaq əmək bazarı hesabatı, Sənaye İstehsalnın Həcmi, Ticarət Saldosu göstəriciləri, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və Amerikada dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bu həftə Avstraliya və Yeni Zelandiya mərkəzi banklarının faiz qərarları və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin həcmi investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.17730 həddində tamamlayan EUR/USD məzənnəsi yeni həftənin əvvəlində üfüqi tendensiya sərgiləyir. 
Hazırda 1.17680 həddində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlanacaq CPİ göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.36420 səviyyəsində tamamlayan GBP/USD valyuta cütlüyü yeni həftəyə də itkilərlə başlayıb. Hazırda 1.36280 səviyyəsində ticarət olunan məzənnədə "ayılar" qiyməti 1.36$ həddinin altına sala və burada saxlaya bilsələr, məzənnədəki korreksiya daha da dərinləşə bilər.
Bu həftənin İngiltərədə dərc olunacaq həm ÜDM hesabatı, həm də  Sənaye İstehsalının Həcmi, Ticarət Saldosu kimi göstəricilər funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAU/USD
Ötən həftəni 3333.80$ həddində başa vuran dəyərli metal yeni həftəyə də enişlə başlayıb və 3306$-a kimi ucuzlaşdı. Hazırda 3311$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altındaq qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 08 iyul 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

() InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvetsAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə aprelin ikinci həftəsində ABŞ-İran arasındakı atəşkəs fonunda dolla

VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır

VTB Bankın rəhbəri Andrey Kostin Rusiya Mərkəzi Bankının faiz dərəcəsinin mərhələli şəkildə azalacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər bu göstərici təxminən 12%-ə qədər enə bilər. VTB-nin rəhbər

Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayını təqdim edib. İcmala əsasən,  2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliy

176,4 milyon artıq vəsait xərclənib - Dövlət Agentliyində çatışmazlıqlar

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliy

Azərbaycandan keçməklə Ermənistana 350 ton buğda göndərilib

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib. Bu gün 5 vaqon buğda Ermənistana yola salınıb. Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübr

Azərbaycan iqtisadiyyatı cüzi kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafını

Avrozonada inflyasiya 3 faizə yüksəlib

Eurostat (Avropa Statistika Ofisi) Avrozonanın aprel ayına dair inflyasiya üzrə ilkin məlumatlarını açıqlayıb. Məlumata görə, Avrozonada mart ayında 2,6% olan illik inflyasiya apreldə 3%-ə yüksəlib. İnflyasiya apreldə aylı

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. İnformasiy


iqtisadi xeberler birbank kripto biznes krediti leobank kart