Birjalarda son vəziyyət - PROQNOZLAR

Birjalarda son vəziyyət - PROQNOZLARABŞ-da açıqlanan makroiqtisadi məlumatların dəstəyi ilə FED-in sərt monetar siyasəti gözlənildiyindən daha uzun müddət davam etdirə biləcəyinə dair artan narahatlıqlar fonunda dollar indeksi həftəni artımla tamamladı. Belə ki, dollar indeksi 104.90 bənd hədlərinə kimi yüksəldi.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0540 və 1.1940 hədlərinə kimi ucuzlaşdı. 
Qeyd edək ki, FED-in faiz artımlarını gözləniləndən daha uzun müddət davam etdirə biləcəyi ilə bağlı narahatlıqlar dolların digər major valyutalar qarşısında da bahalaşmasına dəstək oldu.
Cümə günü ABŞ-da açıqlanan statistik məlumatlara görə, ölkədə fərdi istehlak xərcləri yanvar ayında 1.8% artaraq bazar gözləntilərini üstələyib.
FED-in inflyasiya göstəricisi kimi qiymətləndirdiyi ərzaq və enerji məhsulları istisna olmaqla baza şəxsi istehlak xərcləri qiymət indeksi eyni dövrdə aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 4.7% artaraq proqnozları üstələyib.
Ötən həftə FED rəsmilərinin açıqlamalarını izlənərkən, Klivlend FED sədri Loretta Mester şəxsi istehlak xərclərinə dair gözləntilərin üzərində gələn rəqəmlərin inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün daha çox səy tələb olunacağını göstərdiyini bildirib.
Boston FED-in sədri Susan Collins də inflyasiyanın nəzarət altına alınması üçün daha çox faiz artımına ehtiyac olduğunu qeyd edib. İnflyasiyanın yüksək olaraq qaldığına diqqət çəkən Collins, son məlumatların inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün "görüləcək daha çox iş var" fikrini bir daha vurğulayıb.
EUR
Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya və əmək bazarına dair göstəricilər, həmçinin cümə axşamı dərc olunacaq Avropa Mərkəzi Bankının son toplantısının protokolları EUR/USD məzənnəsində trendin formalaşmasında həll edici roll oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər. 
GBP
Ötən həftəni 1.1940 hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, eləcə də çərşənbə günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ciddi təsir edə bilər. 
TRY
Ötən həftə 18.89TL hədlərinə kimi tüksələn USD/TRY məzənnəsində tendensiyanın necə davam edəcəyində bu həftə Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri mühim roll oynaya bilər.
GOLD
ABŞ-da fərdi istehlak xərclərinin proqnozların üzərində açıqlanması fonunda qızıl 1810$-a kimi ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a və 1780$-a kimi ucuzlaşa bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 27 fevral 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq