"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ

Vaxt müasir dövrün ən böyük resursudur, xüsusən də sahibkarlar üçün. Bunu nəzərə alan Kapital Bank mikro, kiçik və orta sahibkarlar, eləcə də korporativ müştərilər üçün Birbank Biznes-i istifadəyə verdi. Bu, ölkəmizdə sahibkarlara yönələn, onların biznes fəaliyyətinə dəstək olan, sənədləşdirmə proseslərini asanlaşdıran addımlardan biri idi. Birbank Biznes-in keçdiyi inkişaf yolu, sahibkarların həyatında etdiyi dəyişikliklər haqqında Kapital Bank-ın KOS və korporativ məhsullar sahəsinin lideri Xanım Rüstəmova ilə danışdıq.
Xanım xanım, Birbank Biznes-in yaranmasını hansı məqamlar zəruri etdi və o, müştərilərinin həyatını necə dəyişdi? 
- Bizim fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır. Biz mütəmadi olaraq müştəri davranışlarını analiz edir və onların ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. Birbank Biznes-in məqsədi müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış rahat, səmərəli, sürətli və təhlükəsiz bank xidmətləri təklif etməkdir. Bu kontekstdə biz rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə əməliyyatlarını optimallaşdırır, onların maliyyə idarəetməsinə dəstək olacaq alətlər təklif edirik. Birbank Biznes-də bütün onlayn kanallar vasitəsilə müştərilərimiz istənilən vaxt və istənilən yerdə bank xidmətlərinə çıxış əldə edə bilirlər. Məsələn, hesabların idarə edilməsi, köçürmələr, ödənişlər və kredit müraciətləri kimi bank əməliyyatlarını sadələşdirərək biz bu sahədə olan müştərilərimizə vaxt və resurslara qənaət etmək imkanı veririk. Bütün bunlar da öz növbəsində maliyyə proseslərini daha effektiv idarə etmək imkanı yaradır. Bu strategiya ilə Kapital Bank KOS və korporativ şirkətlər üçün etibarlı və təhlükəsiz maliyyə tərəfdaşına çevrilir və onların uğurlarına dəstək olur.  
KOS müştərilər bankın müştəri portfelinin neçə faizini əhatə edir?  
- Kapital Bank-ın müştəri portfelinin önəmli hissəsini pərakəndə və korporativ müştərilər təşkil edir. Qürurla deyə bilərəm ki, Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştərimiz var. Bu onu göstərir ki, biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq. Korporativ bank olaraq 211 000 müştəri bazamızın 95%-i mikro və kiçik biznes müştəriləridir. Bu onu göstərir ki, bankımız təkcə böyük korporativ müştərilərə deyil, sahibkarlara da xidmət edir və iqtisadi inkişafa öz töhfəsini verir.
Birbank Biznes KOS müştərilərinə hansı üstünlükləri qazandırıb?
- Birbank Biznes KOS müştərilərinin maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün bank xidmətlərini bir sıra üsullarla optimallaşdırır. Əgər sadalasam mütləq rahatlıqdan başlamalıyam. Onlayn bankçılıq KOS-lara istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu rahatlıq biznes sahiblərinə ənənəvi bankçılıqdan fərqli olaraq iş saatlarından kənarda belə maliyyə əməliyyatlarını daha rahat  idarə etməyə imkan verir. Növbəti məqam əlbəttə ki, effektivlik olmalıdır. Sadələşdirilmiş onlayn bank xidmətləri hesab qalıqlarının yoxlanılması, hesablar arasında pul köçürmələri, bir çox ödənişlərin gerçəkləşdirilməsi və əmək haqqı kimi iş proseslərini asanlaşdırır. Bu işləri yerinə yetirmək üçün tələb olunan vaxt və səyləri azaltmaqla KOS-lar öz bizneslərini idarə etməyə daha çox diqqət yetirə bilir və inzibati yüklərə daha az vaxt ayırırlar. Burada xərclərə qənaəti də mütləq vurğulamaq lazımdır. Onlayn bankçılıq ənənəvi bankçılıq üsullarından fərqli olaraq daha aşağı ödənişlər və əməliyyat xərcləri tələb edir. Bu isə KOS-lara bank əməliyyatlarına qənaət etməyə və qənaət olunan vəsaiti bizneslərinin digər ehtiyaclarına yönəltmək imkanı verir. Proseslərin onlayn olması eyni zamanda yaşıl bankçılıq yolunda sahibkarları da bizə dəstək olmağa təşviq edir. Və təbii ki, ən vacib məqamlardan biri vaxta qənaətdir. Xüsusi vurğuya dəyər üstünlüklərdən biri də maliyyənin idarə edilməsində əldə olunan çeviklikdir. Bu xidmət vasitəsilə biznes sahibləri tək mərkəzi sistemlə kredit üçün müraciət edə, avtomatik ödənişlərini gerçəkləşdirə və ya birdən çox hesabı idarə etmək kimi bir çox bank xidmətlərinə çıxış imkanı əldə edirlər. Bununla da KOS-lar bank təcrübələrini xüsusi ehtiyaclarına uyğun fərdiləşdirə bilirlər.
Yaxın gələcəkdə sahibkarları hansı yeniliklər gözləyir?
- Yaxın gələcəkdə KOS-lar gündəlik bank xidmətlərini dəstəkləyən daha sürətli və zəngin xüsusiyyətlərə malik imkanlardan faydalana biləcəklər. Bununla belə biznes sahiblərinin maliyyə idarəetmə imkanlarını artıracaq bir çox yeniliklər var ki, açıq API texnologiyalarının daha da təkmilləşdirilməsi buna misal ola bilər. Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur. Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək bir çox əməliyyatları bir mənbədən gerçəkləşdirə bilərlər. Qeyd edim ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. Müştərilərimiz Birbank Biznes əməliyyatlarını öz sistemində rahatlıqla idarə edə bilərlər. Açıq bankçılıq ekosistemlərimiz haqqında onu deyə bilərəm ki, bu həlləri tətbiq etməklə tərəfdaşlarımız və üçüncü tərəflərlə, xüsusilə fintek şirkətləri ilə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərməyə çalışırıq. Bu, müştəri davranış qaydalarını izləyib təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirməkdə bizə kömək olur.
Təşəkkür edirəm, Xanım xanım.
- Mən də təşəkkür edirəm. Ümid edirəm ki, fəaliyyətimizlə müştərilərimizin həyatını daha asanlaşdırıb sloqanımızı hər zaman doğruldacayıq. Bunun üçün əlimizdən gələni edirik. Birbank Biznes-də vaxt məhz sizə işləyir bundan əmin ola bilərsiniz. / marja.az

Banklar     Tarix: 25 aprel 2024

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq