Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR
"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub.
FED.AZ xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajının qalibi Salman Səmədov, VII tirajının qalibi Xanım Həmidova, VIII tirajının qalibi isə Tamerlan Əsədov olub. Qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təqdim edilib.
Qeyd edək ki, kampaniya çərçivəsində keçirilən bütün tirajlar canlı yayımlanır və tam şəffaf şəkildə həyata keçirilir. İştirakçılar tiraj prosesini real vaxt rejimində izləmək imkanı əldə edirlər.
"13 həftə, 13 avtomobil" kampaniyası davam edir və hər həftə 1 yeni avtomobil oynanılır. Bu günədək artıq 8 avtomobil öz sahibini tapsa da, daha 5 avtomobil yeni qaliblərini gözləyir.
Lotereyada iştirak etmək üçün kampaniya şərtlərinə uyğun lotereya dizaynlı "Bizon" məhsullarını əldə edib qapaq altındakı unikal kodları promo.bizon.az saytında qeydiyyatdan keçirmək kifayətdir.
Qeyd edək ki, kampaniyanın əsas mükafat fondu 13 avtomobildən ibarətdir. Tirajlar hər həftə canlı yayım vasitəsilə keçirilir və qaliblər təsadüfi seçim əsasında müəyyən olunur.
Kampaniyanın şərtləri və iştirak qaydaları barədə ətraflı məlumatı promo.bizon.az/rules ünvanından əldə etmək mümkündür.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
CV-nin tərtib edilməsi prinsipləri