Boksçumuz Avropa çempionu OLDU
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından KONKRET.az-a verilən məlumata görə, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Yığmanın heyətində Sübhan Babayev (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçu finalda italiyalı Antoni El Moettini də məğlub edib. O, həlledici döyüşdə 4:1 (30:27, 30:27, 28:29, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Əli Məmişov (70 kq) gümüş medala sahib olub. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançı finalda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qələbə qazandığından Məmişov ikinci yeri tutub.
Komandamızın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kq), Kənan Aslanlı (60 kq) və Banuçiçək Nəsirli (44 kq) yazdırıblar.
28 ölkədən 378 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada Gürcüstanla birgə dördüncü yerə şərik olub. Yarışda ümumilikdə 10 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni İngiltərə (4-2-4) tutub. İkinci yerdə Ukrayna (3-4-0) qərarlaşdığı halda, "üçlüy"ü İrlandiya (2-1-4) qapayıb.
1 bürünc medal qazanan qızlardan ibarət yığma Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə Türkiyə olub. "Ay-ulduzlular" 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İnstaqramda biznes qurmağın yolları
Françayzinq nədir və necə olur?
Digital Card nədir?
Evdə biznes qurmağın yolları