BOKT "Falcon Finance" böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb

BOKT Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" MMC 2023-cü ili 309 min 427 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 21 min 107 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT  "Falcon Finance"ın 2023-cü ildə xalis mənfəəti 2022-ci illə müqayisədə 14,7 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Təşkilatın 31.12.2023-cü il tarixinə Maliyyə Hesabatları və Müstəqil Auditorların hesabatına istinadən xəbər verir ki, ötən il BOKT  "Falcon Finance"ın faiz gəlirləri 2,5 dəfə artaraq 1 milyon 546 min 673 manata yüksəlib. Təşkilat 2022-ci ildə 616 min 202 manat faiz gəlirləri əldə etmişdi. Keçən il BOKT  "Falcon Finance"ın haqq və komissiya gəlirləri isə 67,5% artaraq 37 min 269 manat təşkil edib. Gəlirlərin də artması Təşkilatın kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artması ilə əlaqədardır.
TƏŞKİLAT VƏ KREDİT PORTFELİ BÖYÜYÜB
BOKT  "Falcon Finance"ın tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2023-cü ildə 2022-ci illə müqayisədə 3 milyon 40 min 706  manat və ya 2 dəfə artaraq 5 milyon 986 min 165 manata çatıb. 2022-ci ilin sonunda Təşkilatın kredit portfeli 2 milyon 945 min 459 manat təşkil etmişdi.
Ötən il Təşkilatın cəmi aktivləri də 2 dəfədən çox artaraq 6 milyon 187 min 928 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində BOKT  "Falcon Finance" 1 milyon manat nizamnamə kapitalına malik olub.
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" Məhdud Məsuliyyətli Cəmiyyəti 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznes üçün kreditlər təklif edir.
BOKT BOKT BOKT BOKT BOKT BOKT BOKT

Banklar     Tarix: 26 aprel 2024

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq