BOKT İsmayıllıda filialını açır
Bank Olmayan Kredit Təşkilatı "Caspian Invest" MMC regionlarda xidmət şəbəkəsini genişləndirir.
Marja.az xəbər verir ki, BOKT İsmayıllı rayonunda yeni filialının fəaliyyətə başlayacağını elan edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirkətin yaydığı məlumatda bildirilir ki, İsmayıllı filialı tezliklə müştərilərin xidmətində olacaq. Yeni filial vasitəsilə kredit məhsullarına ehtiyacı olan müştərilərə daha yaxın, rahat və sürətli xidmət göstərilməsi nəzərdə tutulur.
"Tezliklə İsmayıllı filialımız sizin xidmətinizdə! Kreditə ehtiyacınız olduqda daha yaxınınızda, daha rahat və sürətli xidmət üçün bizi gözləyin. İsmayıllıda görüşənədək!", – şirkətin açıqlamasında qeyd olunur.
BOKT "Caspian Invest" MMC 28 sentyabr 2004-cü il tarixli 164-QB saylı lisenziya əsasında fəaliyyətə başlayıb. Şirkət pərakəndə biznes, kiçik və orta sahibkarlıq, eləcə də iri korporativ biznes istiqamətlərində maliyyələşdirmə xidmətləri göstərir. BOKT istehlak, biznes, lombard və lizinq daxil olmaqla müxtəlif kredit məhsulları təklif edir. Şirkətin məlumatına görə, fəaliyyətində müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə xüsusi diqqət yetirilir.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
1000 manatla hansı biznesi qurmaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
SWIFT nədir?