BTC ilə dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb
İstismara veriləndən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunaraq dünya bazarlarına 4.3 milyard barel neft çıxarılıb.
Bunu "BP-Azərbaijan" şirkətinin maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, BTC artıq 17 ildir istismarda olan yüksək texnoloji imkanlara malik olan infrastruktur qurğusudur: "Qeyd olunan vaxtda BTC ilə 4.3 milyard barel neft nəql olunub, buraya Azərbaycan nefti ilə yanaşı Qazaxıstan və Türkmənistan nefti də daxildir".
Xatırladaq ki, kəmərin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Cash Back nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?