Bu gün Avrozonada açıqlanacaq mühüm məlumatlar məzənnələrə ciddi təsir edə bilər

Bu gün Avrozonada açıqlanacaq mühüm məlumatlar məzənnələrə ciddi təsir edə bilərÇərşənbə günü açıqlanan statistik rəqəmlərə əsasən ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi keçən həftə 6.71% olub ki, bu da 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Təchizat İdarəetmə İnstitutu (ISM) Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi fevral ayında 47.7 bənd ilə bazar gözləntilərinin altında qaldı və istehsal sənayesində ardıcıl dördüncü ayda daralmaya işarə etdi. "S&P Global"-ın İstehsal Sənayesi Satınalma Menecerləri İndeksi (PMI) məlumatları da 47.8 bənddən 47.3 bəndə düşüb.
Digər tərəfdən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 2022-ci ilin noyabrından bəri ilk dəfə 4%-dən yuxarı qalxıb.
FED-in növbəti toplantısı yaxınlaşdıqca Amerikada monetar siyasətin gələcəyinə dair ehtimallara köklənən investorlar FED rəsmilərinin açıqlamalarını diqqət mərkəzində saxlayırlar.
Minneapolis FED sədri Nil Kaşkari, FED-in növbəti iclasında faiz dərəcələrini 25 və ya 50 baza bəndi artırılmasının gərəkliliyi  mövzusunda "açıq fikirli" olduğunu, pul-kredit siyasətini az sərtləşdirmə riskinin həddindən artıq sərtləşdirmə riskindən daha böyük olduğunu müdafiə edib.
Kaşkari bildirib ki, faiz dərəcələri keçən ilin dekabrında kafi olacağını düşündüyü 5.4% səviyyəsindən də yuxarı qaldırıla bilər.
Atlanta FED sədri Rafael Bostiç də Bankın uçot faiz dərəcəsinin 5% - 5.25% aralığında qala biləcəyinə dair mövqeyi dəyişməyib. O, həmçinin monetar siyasətin 2024-cü ilə qədər sərt qalması lazım olduğunu bildirib.
Dolların bahalaşması fonunda ucuzlaşan EUR/USD və GBP/USD məzənnələrində tendensiyanın necə davam edəcəyinə bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) və 16:30-da dərc olunacaq Avropa Mərkəzi Bankının son toplantısının protokolları ciddi təsir edə bilər.
Cari ticarət həftəsinə artımlarla başlayan qızıl 1841$ həddində müqavimətlə qarşılaşaraq ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edər və qiymətli metalın bir unisya üzrə dəyəri 1831$ həddinin altına düşərsə, 1822$ və 1813$-a kimi ucuzlaşa bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 02 mart 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq