Bu gün Britaniyada Baş nazir postuna namizədlərin ilk səsverməsi keçirilir
Bu gün Böyük Britaniyada Baş nazir postuna və hakim Mühafizəkarlar Partiyasının sədri kürsüsünə namizədliyi irəli sürülmüş şəxslərlə bağlı səsvermə keçirləcək.
Bugünkü səsvermə Boris Consonun istefasından sonra baş nazir postuna seçkilərin ilk turu hesab olunur.
Mühafizəkarlar Partiyasından olan 358 parlament üzvünün hamısı bu gün axşam saatlarında yeni baş nazir kimi görmək istədikləri namizədə səs verəcək.
Bu turda yalnız Mühafizəkarlar fraksiyasının ən azı 20 üzvünün dəstəyini qazananlar iştirak edəcək.
İndiyədək baş nazir postuna 10 nəfər öz namizədliyini irəli sürüb ki, onlardan 2-si hazırkı nazirdir: xarici işlər naziri Liz Truss və maliyyə naziri Nadim Zahavi.
Baş nazir postu uğrunda mübarizəyə bir sıra keçmiş hökumət üzvləri də qoşulub: keçmiş xarici işlər naziri Ceremi Hant, keçmiş maliyyə naziri Rişi Sunak, keçmiş səhiyyə naziri Sacid Cavid, Böyük Britaniyanın qadınlar və bərabərlik nazirinin keçmiş müavini Kemi Badenok və Mühafizəkarlar Partiyasının keçmiş sədr müavini Rəhman Çişti.
Bundan əlavə, Baş prokuror Svella Braverman, beynəlxalq ticarət nazirinin müavini Penni Mordont və İcmalar Palatasının Komitə sədri Tom Tugendhat namizədliklərini açıqlayıblar.
İctimai bəyanatlara əsasən, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss, maliyyə naziri Nadim Zahavi, keçmiş maliyyə naziri Rişi Sunak, beynəlxalq ticarət nazirinin müavini Penni Mordaunt və İcmalar Palatasının komitə sədri Tom Tugendhat səsvermənin birinci turunda iştirak etmək üçün baryeri keçiblər. /banker.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?