Bu gün Şuşada muğam bayramıdır - VİDEO
Mədəniyyət paytaxtımız 8-ci "Muğam" Televiziya Müsabiqəsinin finalına ev sahibliyi edir. Bu festival Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin vətəninə qayıtmasıdır.
azxeber.com xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, final gecəsi bu gün, yəni avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.
Xalq artisti Fəxrəddin Dadaşov kanalımıza açıqlamasında bildirdi ki, həmişə bunun arzusunda olmuşam: "Mən bir il yarım bundan əvvəl Bülbülün ev muzeyində olanda belə deyildi, çox dəyişib, çox gözəl təmir olunub. Həmişə arzu etmişəm ki, Şuşamızda belə muğam müsabiqələri keçirilsin. Mən xoşbəxt adamam ki, mənə də nəsib oldu bunu görmək".
Xalq artisti Firuz Əliyev də bildirdi ki, Şuşaya ilk səfəridir: "Mən çox sevinirəm, bu gün çox gözəl gündür. Mən 40 il bundan qabaq Şuşada olmuşdum. İslam Rzayev, Maestro Niyazi ilə Şuşada birlikdə olmuşam. İnandırım sizi ki, sevincimdən ağlamaq istəyirəm. Bu sevinci bizə yaşadan müzəffər ordumuza təşəkkür edirəm. Muğam bizim milli sərvətimizdir. Muğam həmişə inkişafdadır".
Qeyd edək ki, müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə bu gün saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, bu gün və sabah saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII "Muğam" müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları