Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252 min ABŞ dolları dəyərində 21 min 815 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 28 milyon 374 min ABŞ dolları dəyərində 23 min 965 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilmişdi.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti əvvəlki dövrlə müqayisədə 22% artaraq 2.44 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 743 ton, İndoneziyadan isə 21 min 71 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 23 min 512 ton marqarin istehsal edilib.
© APA / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
SMM nə deməkdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznesə aid ən yaxşı 10 kitab
Whatsapp biznesin üstünlükləri nələrdir?