Bu il dövlət büdcəsinə 65 milyon manata yaxın zərər vurulub
2024-cü ilin 8 ayı ərzində başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 186,9 mln. manat maliyyə pozuntusu aşkarlanmışdır.
Marja.az xəbər verir ki, bunu "Auditor xidməti haqqında" Qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq konfransda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı bildirib.
BO qeyd edib ki, bundan büdcəyə zərər 64,5 mln. manat, digər pozuntuların məbləği isə 122,4 mln. manat olmuşdur. Hesablanmış büdcəyə zərər məbləğindən 48,9 mln. manatın bərpası, eləcə də əvəzləşdirilməsi üzrə Hesablama Palatasının Kollegiyası tərəfindən təkliflər verilmişdir. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə ehtimal olunan pozuntu məbləği təxminən 8,0 mln. manatdır. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 7,6 mln. manatı isə sosial xarakterli ödənişlərlə bağlı olmuşdur.
Vüqar Gülməmmədov əlavə edib ki. dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi nəticəsində müəyyən edilmiş təhriflər üzrə düzəlişlərin aparılmasıdır. 2024-cü ilin 8 aylıq yekunlarına görə əvvəlki ildə müəyyən edilmiş təhriflərin 200,0 mln. manatdan çoxu üzrə düzəlişlər edilmişdir.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10