"Büdcə kəsirinin daxili borclanma hesabına maliyyələşdirilməsini müsbət dəyərləndiririk
2024-cü il və ortamüddətli dövr təqdim edilən makroiqtisadi çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir. Buraya sosial rifahın gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, müdafiə sahəsinin gücləndirilməsi və azad olunmuş ərazilərin bərpası daxildir.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, Mərkəzi Bank növbəti ilin büdcəsinin qayda çərçivəsində tərtibini xərclərin konservativ götürülməsini çox müsbət qiymətləndirir. Bu, uzunmüddətli fiskal dayanıqlılıq baxımından mühümdür. Neft və qaz gəlirlərinin həcmi və büdcənin xarici valyutada gözlənilən gəlirləri 2024-cü ildə də valyuta bazarında sabitliyi dəstəkləyəcək. İnflyasiya təzyiqlərini də nəzərə almaqla Mərkəzi Bank büdcə kəsirinin minimallaşdırılmasının və qeyri-emissiya mənbələri ilə ötürülməsinin tərəfdarıdır.
"Bu baxımdan 2023-ci ilin dürüstləşmiş büdcəsi ilə müqayisədə 2024-cü ildə büdcə kəsirinin azaldılmasını, əsasən daxili borclanma hesabına maliyyələşdirilməsini müsbət dəyərləndiririk" , - deyə Taleh Kazımov əlavə edib.
© Azərtac / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət